Putin Paşinyana belə dəstək verdi: Ermənistanda vəziyyət dəyişir -  Rusiyadan GÖZLƏNİLMƏZ ADDIM / ŞƏRH
Siyasət
23.11.2021 21:29
461

Putin Paşinyana belə dəstək verdi: Ermənistanda vəziyyət dəyişir - Rusiyadan GÖZLƏNİLMƏZ ADDIM / ŞƏRH

Rusyönlülərin belə bir aksiyaya çıxmaması gözlənilən idi.


Bu sözləri politoloq Turab Rzayev ötən gün İrəvanda ictimai-siyasi fəalların iştirakı ilə keçirilən aksiyalara parlament müxalifəti olan rusyönlülərin dəstək verməməsi barədə danışarkən deyib.


O bildirib ki, Ermənistandakı rusyönlülər iki yol ayrıcında qalıblar:


“Birincisi odur ki, rusyönlülər Nikol Paşinyanın istefasını istəyirlər və bu məsələdə onlar Zəngəzur dəhlizinin açılmasından, sərhədlərin delimitasiyası məsələsindən Ermənistan baş nazirinə qarşı istifadə etməyə çalışırlar. Bununla göstərmək istəyirlər ki, Paşinyan satqın, xaindir.


İkincisi isə Rusiyanın bütün kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılmasına tərəfdar olması ilə bağlıdır. Zəngəzur dəhlizinə qarşı aksiya hazırda ümumilikdə kommunikasiyaların açılmasına qarşı olmaq deməkdir və bu da Rusiyanın maraqlarına ziddir. Böyük ehtimalla, erməni müxalifəti bu addımlarla Rusiyanı narazı saldıqlarının artıq fərqindədirlər və yaxud ola bilsin ki, Moskvadan onlara xəbərdarlıq gəlib”.


Politoloqun sözlərinə görə, Nikol Paşinyan Vladimir Putinlə son telefon danışığında kommunikasiyalar və sərhədlərin müəyyənləşməsi ilə bağlı gecikdirmələrinə səbəb kimi daxili təzyiqi göstərə və Rusiya liderindən yardım istəmə bilərdi:


“Bu telefon danışığından bir gün sonra dəhlizin açılması və sərhədlərin müəyyənləşməsi əleyhinə aksiyaya Ermənistanın parlament müxalifətinin qatılmaması bu ehtimalı gücləndirir. Mümkündür ki, Rusiya Paşinyana bu məsələlərdə daxildən təzyiqi azaltmaq vədi verib, ona görə də rusyönlülər aksiyalara qatılmayıb. Köçəryan Putinin sayəsində həbsdən çıxmış adamdır. O, heç bir halda Rusiyanın iradəsi əleyhinə gedə bilməz”. / Axar.az

Paşinyan
Putin
Qarabağ
Şərh
Politoloq
Zəngəzur
Rusiya
Loading...
Loading...