Putindən SON DƏQİQƏ Qarabağ AÇIQLAMASI:
Siyasət
17.12.2020 21:09
394

Putindən SON DƏQİQƏ Qarabağ AÇIQLAMASI: "Əvvəlcədən razılaşmışıq ki..."

Əgər Azərbaycan və Ermənistan istəyərsə, Rusiya sülhməramlılarının orda olma müddəti artırıla bilər.

Bu sözləri Rusiya lideri Vladimir Putin bu gün keçirdiyi illik mətbuat konfransında deyib.

O bildirib ki, hər iki tərəf istəyərsə, rus sülhməramlılarının sayı da artırıla bilər:

“Sülhməramlıların sayının artırılması bütün tərəflərdən, xüsusilə Azərbaycandan asılıdır. Çünki biz sayla bağlı əvvəlcədən razılaşmışıq”.

Putinin sözlərinə görə, buna ehtiyac olarsa, bir yerdə ediləcək:

“Əgər ehtiyac olmasa, onda etməyəcəyik”.

Qeyd edək ki, Rusiya sülhməramlılarının Qarabağda sayı 1960 nəfər olaraq müəyyənləşib.panoram

Loading...
Loading...