Qalmaqallı iştirakçı nə qədər pul ödəyib?  - Ayla Mais bütün iddialara son qoydu - MÜSAHİBƏ
Maqazin
26.05.2022 11:05
727

Qalmaqallı iştirakçı nə qədər pul ödəyib? - Ayla Mais bütün iddialara son qoydu - MÜSAHİBƏ

"İldən ilə kim seçirilirsə - bəyənilmir və heç xoş qarşılanmır. Keçən ilin "Miss Azerbaijan 2021" qalibi olan Milan Babayevaya üvanlanan minlərcə neqativ şərhləri şəxsən özüm oxumuşam. Ən çox onun keçirtdiyi estetik əməliyyatlar barədə danışılırdı. Bu ilin qalibi Nurlana Vəliyevaya eyni münasibət göstərilir. Lakin Nurlana ancaq burnunun ucunu kəsdirib".

Bunu Hit.az-a müsahibəsində "Miss və Mister Azerbaijan" Milli Gözəllik Müsabiqəsinin Baş koordinatoru və xoreoqrafı Ayla Mais deyib.

- Ayla xanım, ilk öncə keçirdiyiniz yarışma barədə məlumat verməyinizi istərdim.

- Mən özüm "Miss və Mister Azerbaijan" Milli Gözəllik Müsabiqəsində rəsmi olaraq 2012-ildən etibarən çalışmağa başladım, hazırda layihənin Baş koordinatoru və xoreoqrafı kimi çalışıram. Müsabiqəmizin maraqlı tarixi var, Azərbaycanın ilk və qədim gözəllik müsabiqəsidir.
Təsisçisi və Baş təşkilatçısı Anelya xanım Orduxanovadır - yazıcı, publisist, jurnalist.

"Azərbaycan bayrağı" və "Qızıl Qələm" mükafatların sahibidir. Hazırda bir çox tanınan simalar öz peşəkar karyeralarının ilk peşəkar addımlarını elə bizim müsabiqədə ediblər. Hər zaman deyirəm bunu - bir gənc üçün "Miss & Mister Azerbaijan" Milli Gözəllik Müsabiqəsinin məktəbini keçmək çox böyük və faydalı təcrübədir. Qeyd etdiyim kimi ölkədə ilk və ən qədim müsabiqə olmağımıza baxmayaraq iş metodikamız fərqlənir, daima yenilənir. 2019-cu ildə isə müsabiqəmizin nəznində peşəkar model məktəbi fəalliyyətə başladı.

- Miss & Mister Azerbaijan Milli gözəllik müsabiqəsi il ərzində neçə dəfə baş tutur?

- Bir dəfə baş tutur, sadəcə keçid mərhələləri var: seçim turları, hazırlıq və nəhayət final. Həm iştirakçilarımız üçün, həm komandamız üçün bir neçə ay çox gərgin iş prosessi olur.

- Digər illərdən fərqli olaraq müsabiqə qonaqlara açıq qapı elan edildi. Bu, nə ilə bağlı idi?

- Bizim müsabiqə hər zaman fərqli qiymət siyasətini saxlayıb, kütləmiz adətən gənclərdən ibarətdir deyə, hətta bəzi partnyor məkanlarımız bundan narazı olsa da biz bu siyasəti qorumuşuq. Hazırda postpandemiya dövrüdür, gənclərimizə dəstək məqsədi ilə və Bakı Gənclər Mərkəzi təşkilatı dəstəyi ilə bu istəyimizi reallaşdıra bildik. Məqsədimiz isə daha çox sayda gənclərin diqqətini cəlb etməkdir. 

- Münsiflər heyətini seçərkən əsasən nəyə üstünlük verirsiniz?

- Adətən fərqli sahələrdə uğur qazanmış, sözünü demiş insanlara, ötən illərin qaliblərinə və təşkilat komitəmizin əsas üzvlərinə.

- Bəs onlara ödəniş olunurmu?

- Xeyr, bizdə elə praktika yoxdur, lakin eşidmişəm ki başqa layihələrdə münsiflər ödəniş əsasında iştirak edirlər. 

- Qaliblərə verilən mükafatın məbləği nə qədər olur?

- Qaliblərimizə təssüf ki nə pul, nə ev, nə maşın mükafatlarını təqdim edə bilmirik. Bir neçə ildir ki, bizim müsabiqə baş sponsorsuz keçirilir. Ötən illərdə biz qaliblərimizə maşın, səyahət, bahali zinyət əşyaları, hətta texniki avadanlıq belə hədiyyə etmişik. 

- Müsabiqə qalibinin aldığı diplom hansısa ölkədə tanınırmı?

- Əlbəttə, hər yerdə tanınır. Biz Milli Gözəllik Müsabiqəsiyik. Bizim bütün qaliblərimiz vətənimizi xaricdə beynəlxalq yarışmalarda təmsil edə bilərlər. Bunun üçün məktəbimizdə xüsusi
 treninqlər də keçirilir.

- Yarışma ilə bağlı xoşagəlməz hallar yaşandı. Buna münasibətiniz necədir?

- Ölkədə tanınmış və qeyri-tanınmış xəbər portalları, sosial şəbəkələrdə tanınan və tanınmayan səhifələr - hamı bizim haqqımızda xoşa gəlməz paylaşımlar edib. Sosial şəbəkə istifadəçiləri tərəfindən də xoşagəlməz rəyləri də oxudum. Lakin ilk olaraq vurğulamaq istərdim ki, özünü jurnalist kimi qələmə verən və bu sahədə peşəkaram deyən mütəxəssis mütləq araşdırma etməli, tədbirin özündə iştirak etməli idi və ya ən azı bizimlə əlaqə saxlayıb sonra isə nələrsə paylaşmalı idi. Hər biri ucuz reytinq axtarışındadır, təssüf ki, sarı pressa hal hazırda çoxluq təşkil edir. Rəhmətlik atam əməkdar jurnalist olduğundan, jurnalistikadan az-çox başım cıxır.

İndi gələk əsas məsələyə, ildən ilə kim seçirilirsə - bəyənilmir və heç xoş qarşılanmır. Keçən ilin "Miss Azerbaijan 2021" qalibi olan Milan Babayevaya üvanlanan minlərcə neqativ şərhləri şəxsən özüm oxumuşam. Ən çox onun keçirtdiyi estetik əməliyyatlar barədə danışılırdı. Bu ilin qalibi Nurlana Vəliyevaya eyni münasibət göstərilir. Lakin Nurlana ancaq burnunun ucunu kəsdirib. Nurlana peşəkar idmançı olub və burnu defformasiya olub, onun nəticəsində nəfəsində problemlər yaranmışdı. Nurlananın uşaqlıq vaxtlarının şəkilləri yayılıb, mən ümümiyyətlə düşünürəm ki, çox az sayda xanımlar o yaşda gözəl olub, xüsusi olaraq da söz peşəkar modellərdən gedirsə - 99% o yaşlarda heç gözəl olmur, bunu mən yox, beynəlxalq arxivlər deyir. Nurlananın yeniyetmə dövründə olan köhnə şəkilləri yayılıb, bütün media həmin şəkilləri paylaşaraq Nurlananı tənqid ediblər, bəzi insanlar isə Nurlananı şərhlərdə təhqir edib. Nurlana peşəkar modeldir, gözəl yerişi, təqdimatı, plastikası və səhnə mədəniyyəti var. Savadlıdır, xarici dilləri bilir, hazırda televiziyada çalışır. Çıxışları həm münsiflər, həm tamaşaçilar tərəfindən bəyənilmişdi. Adətən bütün jurnalistlər mənə estetik əməlliyyatlar barədə suallar verirlər. Artıq biz elə dövrdə yaşayırıq ki, demək olar hər ikinci xanım öz xarici görünüşü ilə müəyyən manipulyasiyalar edir. Mən hələ model və ya gözəllik sahəsində çalışan xanımlardan yox, adi xanımlarımızdan danışıram. Hər gün fərqli xanımlardan "bunu düzəltmək istəyirəm" kəliməsini eşidirəm. Bu prossedurlar adiləşib və bunu normaya gətirən müsabiqəmiz deyil, cəmiyyətdir və cəmiyyətimizin tələbləridir. 

"Mister Azerbaijan 2022" qalibi İsa Ələkbərova gələndə isə, İsa həmçinin artıq peşəkar modeldir, 2018 ildə bizdə iştirak edib, "Mister Sport of Azerbaijan 2018" nominasiyasında qalib gəlmişdi. Peşəkar model diplomunu təstiq edib, hətta başka bir yarışmada xoreoqraf kimi çalışıb. Bu bir neçə il ərzində üzərində dayanmadan çalışıb və bu il yenidən tələbələrimizin arasına qatılıb, ballarda çox böyük fərqlə qalib gəlib. Birdə onu qeyd etdim ki, seçimlər bizə müraciət edənlərin arasında baş tutur. Biz kimisə məcbur iştirak etməyə vadar edə bilmərik. Hətta bir çox gənc müraciət edib, sona kimi dözə bilməyib layihəni tərk edirlər, çünki burada davamlı olaraq məşqlərə gəlmək lazımdır.

- Gözəllik müsabiqəsində iştirak etmək istəyən gənclər hansı kriteriyalara cəvab verməlidirlər?

- Ümümiyyətlə deməliyəm ki, bu sahədə sadəcə gözəl və ya yaraşıqlı olmaq yetərli deyil. Bu bir incəsənətdir və mənim həmkarlarım yaqin mənimlə razılaşarlar ki, bu sahəni seçən insanlar gecə-gündüz öz üzərində çalışmalıdırlar. Əziyyətdən qorxmamalıdırlar. Gözəllik müsabiqəsiyik deyə tələblərimiz o qədər sərt deyil, lakin burada sənət pilləsi varsa o, artıq modellikdir.

Modellik yarışmalarında şərtlərindən biri xanımların "bikini" çıxışı olmalıdır, bəylərin isə beach style yəni topless çıxışı olmalıdır. Boy tələbi isə xanımlarda 1.70-dən başlayaraq, bəylərdə isə 1.80-dən başlayaraq olmalıdır. Hazırda özlərini modellik yarışmalar kimi qələmə verən, lakin bunlardan heç bir standarta cavab verməyən yarışmalar çoxdur, adları modellik yarışması olsa da bizim patentləşdirilmiş gözəllik müsabiqəsinin ssenarisinə əsasən keçirirlər.

Bu arada bizim müsabiqədə həmin çıxışlar illər öncə var idi, lakin son illərdə artıq  ləğv olunub. Biz xanımlarımızın boyu 1.65, bəylərimizin isə boyu 1.75-dən başlayaraq özünə güvənən, bu sahədə təcrübə və uğur qazanmaq istəyən fəal və öz üzərində çalışa bilən gəncləri bizim seçim turlarına dəvət edirik. Bütün məlumatları isə rəsmi instagram həsabımızda paylaşırıq @missmisterazofficial.

Qeyd edək ki, 15 May 2022 tarixində Bakı Gənclər Mərkəzində Miss & Mister Azerbaijan Milli gözəllik müsabiqəsinin Final gecəsi baş tutub.

Milan Babayeva - "Miss Azerbaijan 2021"

İsa Ələkbərov - "Mister Azeribaijan 2022"


Nurlana Vəliyeva - "Miss Azerbaijan 2022"

Anelya Orduxanova və "Miss Azerbaijan 1996" Nərminə Zərbəliyeva


Cavidan Qurbanova - "Miss Azerbaijan 2014"


Oksana Barxatova - "Miss Azerbaijan 2016"



Nərminə Zərbəliyeva - "Miss Azerbaijan 1996"

Loading...
Loading...