Siyasət
23.12.2020 19:10
164

"Qarabağ" DNK-nun bütün heyəti adından Ali Baş Komandan İlham Əliyevi ad günü münasibətilə təbrik edirəm - Akşin Hüseynov

Möhtərəm cənab Prezident! VKC Karate-Do növləri Federasiyası adından, “Qarabağ” döyüş növləri klubunun bütün heyəti və bütün idmançıları adından, Qarabağ Qaziləri adindan sizi ad gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Vətənimizin tərəqqisi və xalqımızın rifahı naminə şərəfli fəaliyyətinizdə sizə yeni-yeni parlaq nailiyyətlər arzulayırıq. 


Azərbaycan sivil dövlət kimi dünya birliyində möhkəm yer tutması, respublikamızın sosial-iqtisadi və mədəni həyatının bütün sahələri üzrə müəyyən edilmiş inkişaf proqramlarının həyata keçirilməsində böyük uğurların əldə edilməsi məhz Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı kimi sizin fəaliyyətinizin məntiqi nəticəsidir. 


Tarixi baxımdan çox qısa müddətdə sizin rəhbərliyinizlə reallaşdırılan böyük dövlət proqramları, uzunmüddətli layihələr, irimiqyaslı infrаstruktur, yenidənqurma və abadlıq işləri respublikamısızın bütün regionlarında geniş  vüsat almaqdadır. Sizin idman sahəsinə qarşı olan diqqət və qayğınızla biz idmançılar daima əhatə olunuruq. Sizin kimi təcrübəli şəxsiyyətin dövlətimizin  basçisi olmasına görə çox xoşbəxtik.  


Cənab Ali Baş Komandan, verəcəyinizin bütün əmrləri yerinə yetirməyə həmişə hazırıq! Bütün heyətimiz sizi əmin  edir ki, öhdələrinə düşən vəzifələrin icrasına bundan sonra da var qüvvələri ilə çalışacaq və sizin etimadınızı doğruldaraq üçrengli bayrağımızı zirvələrdə dalğalandıracayıq! Biz gənc idmançılar sizi dəstəkləyərək sizin etrafinizda sıx birləşməyimizə söz vəririk!


Bir daha sizi ad gününüz münasibəti ilə ürəkdən təbrik edir,  sizə uzun ömür, möhkəm can sağlığı, ailə sevinci, Azərbaycanın firavanlığı və inkişafı  naminə siyasi fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.


VKC Karate-Do Federasiyasının birinci vitse-prezidenti,
Qarabağ DNK-nun rəhbəri,
Qubadlı idman klubunun rəhbəri,
Qarabağ Qazisi
Akşin Hüseynov

Loading...
Loading...