“Qarabağ” klubu növbəti transferini reallaşdırıb.
MediaBaku.az Oxu.az-a istinadən xəbər verir ki, Leandro Andrade ilə müqavilə imzalanıb.
Portuqaliyalı cinah yarımmüdafiəçisi Bolqarıstanın “Çerno More” klubundan transfer edilib. 22 yaşlı futbolçu ilə 2025-ci il iyunun 30-dək müqavilə bağlanılıb.
Andrade komandada 15 nömrəli formada çıxış edəcək.