Qarabağda dinc azərbaycanlıları qətlə yetirən daha bir erməni generalı öldü
Siyasət
24.11.2020 14:55
147

Qarabağda dinc azərbaycanlıları qətlə yetirən daha bir erməni generalı öldü

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ərtaf rayonların işğalında fəal iştirak etmiş, dinc azərbycanlıların qətlinə başçılıq etmiş Ermənistan generalı Astvasatur Petrosyan 67 yaşında ölüb.

MediaBaku.az Azxeber.com-a istinadən "Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu onun oğlu Sipan Petrosyan feysbuk səhifəsində yazıb.

A.Petrosyan 1990-cı illərin əvvəllərində "İntiharçı-qartallar birliyi” adlı ictimai təşkilat yaradaraq Azərbaycan torpaqlarının işğalında iştirak edib.

O, 1992-2000-ci illərdə Ermənistan müdafiə nazirinin müavini vəzifəsini tutub. 1996-cı ildə general-mayor rütbəsi alıb.

Sonralar isə fövqəladə hallar nazirinin müavini olub.

Loading...