“Qarabağın qalan qismi üçün yüzlərlə “Nuru Paşa” əmr gözləyir”  - Ermənistana SƏRT MESAJ
Siyasət
23.12.2020 01:37
398

“Qarabağın qalan qismi üçün yüzlərlə “Nuru Paşa” əmr gözləyir” - Ermənistana SƏRT MESAJ

Türk Dünyası Dayanışma və Yardımlaşma Dərnəyinin (həmrəylik və yardım dərnəyi) baş katibi Halit Kanak yenidən Ermənistanı istifadə edib Azərbaycana qarşı “oyun oynamağa” cəhd edənlərə “döyüşə atılmağa hazır olan yüzlərlə Nuru Paşanı” xatırladıb.


MediaBaku.az virtualaz.org-a istinadən xəbər verir ki, dərnək rəhbəri Halit Kanak Qarabağda Azərbaycan Ordusunun şanlı qələbəsi ilə bitən müharibə haqda danışarkən belə deyib.


“Son illərdə türk dünyası üzərindən oynanan oyunlar elə gün olmur ki, yeni impuls qazanmasın. Hər gün yeni bir plan nümayiş etdirilməkdədir, hər yeni bir layihə yazılmaqdadır. İmperialist qərb ölkələri Türkiyənin işini çətinləşdirəcək nə qədər arqumentləri varsa, ortaya atmaqda davam etməkdədir. Bundan tam yüz il əvvəl oynanan oyunlar yenidən gündəmimizə gəldi, oturdu. Türk dünyasını parçalamağa yönələn yüz illik teatr tamaşasını yenidən səhnəyə qoymağa çalışırlar”,- Halit Kanak deyib.


Dərnək rəhbəri bildirib ki, bu oyunları əvvəlcə Liviyada, orada baş tutmayanda Aralıq dənizinin şərqində və Şimali Kiprdə oynayıblar, baş tutmayanda Qafqazda ortaya atıblar.


“İmperialist qüvvələr ermənilərin illər əvvəl işğal etdikləri Qarabağ üzərindən yeni çirkin niyyətlərini ortaya qoyublar. Yenə də zavallı Ermənistanı istifadə edərək Azərbaycana və Azərbaycan üzərindən Türkiyəyə, Türk dünyasına mesaj, gözdağı verməyə çalışırlar. Türk Dünyası Yardımlaşma və Dayanışma Dərnəyi olaraq müstəmləkəçi, zalım, insan haqq və hüquqlarını heçə sayan, qan və gözyaşlarına boğduqları coğrafiyalara yenilərini əlavə etməyə çalışan bütün imperialist qüvvələrə buradan səslənirik: “Nə sizlər, nə sizlərin əlində alət olanların və kuklalarınız bu Əsilzadə millətə dərs verməyə çalışmasın. Xüsusən də bu cəhdlər Can Azərbaycan üzərindən edilərsə bu ölkədə lazım olanı etmək üçün Baş komandandan əmr gözləyən yüzlərlə “Nuri Paşa” olduğu unudulmasın”,-Halit Kanak belə deyib.


O sözlərinə davam edərək bildirib ki, Türkiyə ayağa qalxıb və həmin qüvvələr ağlını başına yığmalıdır. Çünki əvvəlki Türkiyə yoxdur.


“Görürsünüz ki, Türk əsgəri kazarmasından çıxdı. Sadəcə Yaxın Şərq, Kipr, Liviya, Aralıq dənizi deyil, yer üzündə ümidini bizə bağlamış məzlum və əzabkeş bir tək Allahın qulu qalmayana qədər kazarmasına geri dönməyəcək. İstər Rusiya parlamentində çıxarılan qərarlar, istər beynəlxalq hüququn normaları həm tarixi, həm siyasi, həm sosial yönləri ilə Qarabağın Türk torpağı olduğunu təsdiq etməkdədir. Ermənistan olaraq gəlin daha çox qan tökülmədən, daha çox qarşıdurmalar yaranmadan Qarabağın qalan qismini xoşluqla təslim edin. Türk Millətinin və Türk Dövlətinin mərhəməti keçmişdə olduğu kimi sizləri də qucaqlamağa yetər.


Bir ovuc buğdaya möhtac olduğunuz bu günlərdə yerinizdən durub Azərbaycan kəndlərində mülki insanları hədəf almağınız, “əgər savaş çıxarmağı bacarsaq bir neçə min insanımız ölsə də bizə dünyadan yardım yağar, bir müddət sonra da BMT işə qarışar, savaşı dayandırar, biz də bir sonrakı təxribata qədər üç-beş il qarnımızı doydurarıq”, düşüncəsiylə edilmiş böyük səhvdir. Bu Millət var olduğu müddətdə nə Azərbaycandan, nə hər hansı bir Türk torpağından bir çınqıl da qopara bilməyəcəksiniz”,-Halit Kanak çıxışını belə yekunlaşdırıb.

Loading...
Loading...