Qardaşlıq sədaqəti
Siyasət
24.06.2022 12:53
29

Qardaşlıq sədaqəti

Azərbaycan Respublikasının Prezident İlham Əliyev cari ilin 21 iyun tarixində Özbəkistan Respublikasında rəsmi dövlət səfərində olmuşdur. Pandemiyadan sonra edilən rəsmi səfər çoxdan gözlənilən bir tədbir idi. Səfər zamanı Prezident İlham Əliyev Daşkənddə Heydər Əliyev Meydanının açılışı mərasimində iştirak etmişdir. Açılış mərasimini Özbəkstan Respublikasının Prezidenti Şavkat Mirziyoyev etmişdir. O bildirmişdir ki, Ulu Öndər Heydər Əliyev Özbəkstanın böyük dostu olmuşdur. Biz bunu unutmamışıq və unudan deyilik.


Prezident İlham Əliyev öz şıxışında bildirmişdir: “Daşkəndin mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Meydanın yaradılması Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə hörmətin, həm də xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür. Küçə, meydan, barelyef, gözəl park – bunlar Azərbaycan xalqının böyük Liderinin xatirəsinə, bütün Azərbaycan xalqına həqiqi qardaşlıq münasibətidir”.


Məlum olduğu kimi, Ulu Öndər Heydər Əliyev bütün həyatını Azərbaycana xidmətə həsr edib. Sovet dönəmində də, müstəqillik dövründə də ən ağır zamanda, xalqımız təcavüzə, təqiblərə məruz qaldığı vaxtlarda O, həmişə xalqın yanında olub. 1990-cı il yanvarın 20-də, Sovet İttifaqının parçalanmasından hələ iki il əvvəl o, sovet ordusunun Bakıya yeridilməsi, Azərbaycanın yüzlərlə günahsız vətəndaşının öldürülməsi və yaralanması ilə əlaqədar sovet rəhbərliyini açıq pisləmişdi. Ulu Öndər Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə əslində Heydər Əliyev, Azərbaycanın bu tarixi hissəsini, qədim torpağını təcavüzdən müdafiə etdi. Onun təşəbbüsü ilə 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı məhz Naxçıvanda, Sovet İttifaqı dağılandan və Azərbaycan öz müstəqilliyini bərpa edəndən xeyli əvvəl dövlət bayrağı kimi rəsmən qəbul edilmişdir.


Vətəndaş müharibəsi dövründə xalqın iradəsi ilə məhz Ulu Öndər Heydər Əliyev 1993-cü ildə vətəndaş müharibəsini dayandırdı və ölkəni inkişaf yoluna çıxartdı. Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi, islahatlar, inkişaf – bütün bunlar onun adı ilə bağlıdır. Bilirsiniz ki, Ulu Öndər Heydər Əliyevin siyasi vəsiyyət edərək demişdir: “Mənim edə bilmədiklərimi mənim davamçılarım edəcəklər”. Biz, onun davamçıları fəxr edirik ki, onun bütün vəsiyyətlərini həyata keçirmişik və ilk növbədə, tarixi ədaləti bərpa etmişik, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdik.


Heydər Əliyev özbək xalqına böyük sevgi ilə yanaşırdı. 1970-ci illərdə də onun Şərəf Rəşidoviç Rəşidov ilə dostluğu bütün sovet rəhbərliyinə məlum idi, 1990-cı illərdə də onun İslam Abduqəniyeviç Kərimov ilə dostluğu da xalqlarımıza məlum idi və bu, bizim münasibətlərimizin bugünkü inkişafının təməli idi. Bu gün Azərbaycan və Özbəkistan müstəqil xarici siyasət kursu yürüdən, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanmış qüdrətli müstəqil dövlətlərdir. Yaşasın Azərbaycan Özbəkstan qardaşlığı və dostluğu!


Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Loading...
Loading...