Siyasət
14.04.2021 11:22
31

"Qasparyan müharibənin üçüncü günündə Azərbaycanın bir metr belə irəliləmədiyini dedi" - Paşinyan

"Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Onik Qasparyanın müharibəni 2-3 gündə dayandırmaq lazım olduğunu deməsinin reallıqla heç bir əlaqəsi yoxdur".

MediaBaku.az Qazet.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Parlamentdəki çıxışı zamanı deyib.

“Qasparyan belə bir şey deməyib. Əksinə, 30 sentyabr 2020-ci il tarixində keçirilmiş təhlükəsizlik şurasının iclası zamanı o, Azərbaycanın heç bir metr belə irəliləmədiyini, ordunun vəzifəsini yerinə yetirdiyini və sona qədər də yerinə yetirəcəyini söylədi", - Paşinyan bildirib.

Xatırladaq ki, Qarabağdakı 44 günlük müharibədən sonra Onik Qasparyan vəzifəsindən qalmaqallı şəkildə azad edilib.

Loading...