Qələbə qədər böyük olan qəhrəman qadın!  - VİDEO
Cəmiyyət
13.12.2020 15:01
239

Qələbə qədər böyük olan qəhrəman qadın! - VİDEO

Biz bu qələbəni həm də oğullarını vətənə qurban verən ailələrə borcluyuq. Bu günlərdə hamımızı təsirləndirən bir görüntünün qəhrəmanı olan xanım cəbhədə həm qardaşını, həm də həyat yoldaşını itirib. Əməkdaşlarımız şəhid Adil İbrahimovun evində çəkiliş aparıblar.

MediaBaku.Az xezerxeber.az-a istinadən bildirir ki, tanrı sevdasını daşa yazıb bu qızın. Çox sevib, çox sevilib. 25 illik ömrünə də hər şey bol yazılıb. Əvvəl qardaşı Elton şəhid olub, sonra həyat yoldaşı Adil. Eltonun məzarına torpaq atıb, Adili çiyinində son mənzilə daşıyıb.

Hamımızı darmadağın eləyən o şəklin, o kadrın müəllifi indi yaşadıqlarını mikrafonumuza danışır.

Dizlərinə yapışan körpəsini bağrına basıb Adilin şəklinə yönəlir.

Bu ailənin hərb sevgisi 39 illik hərbçi Elman İbrahimovdan gəlir. Adil də Elton da ona oxşamaq istədiyi üçün hərbçi olublar.

Adilin atası da Qarabağ qazisidir. 92-ci ildə müharibəyə könüllü gedib. Bu günə qədər də veteran vəsiqəsini götürməyib. Deyir mən məğlub savaşın qalib əsgəri ola bilməzdim. Elə özü kimi də oğul böyüdüb. Çox sevdiyi atasının adını dayışan Adili belə yad eləyir.

Ruhun şad olsun, şəhid qardaşım. Səndən qalanlar bizə, sənin sayəndə qalib olan Azərbaycana mirasdır. Məkanın cənnət olsun!

Loading...
Loading...