QHT pandemiyadan əziyyət çəkən ailələrə ərzaq yardımı paylayıb
Cəmiyyət
02.11.2020 12:38
85

QHT pandemiyadan əziyyət çəkən ailələrə ərzaq yardımı paylayıb

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Leykozlu Uşaqlara Dəstək” İctimai Birliyinin həyata keçirdiyi “Qan xəstəlikləri və koronavirusdan zərər çəkənlərə dəstək və maarifləndirmə” adlı layihəsi çərçivəsində imkansız və qan xəstəliyindən əziyyət çəkən ailələrə ərzaq yardımı edilib.

Belə ki, təşkilat Bakı şəhəri, Neftçala, Salyan, Biləsuvar, İsmayıllı və Mingəçevirdə məskunlaşan 20 ailəyə ərzaq yardımları edib. Təşkilatın sədr müavini və layihə rəhbəri Emin Nəbili QHT Şurasının dəstəyi ilə həyata keçirilən layihə barədə onlara məlumat verərək, Azərbaycan dövlətinin daim aztəminatlı ailələrin yanında olduğunu diqqətə çatdırıb.

E.Nəbili koronavirus pandemiyasının qarşısının alınması istiqamətində dövlətin gördüyü işlər, virusa yoluxmamaq üçün tələb olunan qaydalara əməl olunması, qan xəstəliyindən əziyyət çəkən şəxslərin müalicə və müayinəsi barədə onları məlumatlandırıb.

Loading...