Qobustanda faciə:  bir ailənin 6 üzvü xəstəxanaya yerləşdirildi
Hadisə
27.01.2021 11:12
440

Qobustanda faciə: bir ailənin 6 üzvü xəstəxanaya yerləşdirildi

Qobustan rayonunda dəm qazından kütləvi zəhərlənmə hadisəsi baş verib.


Mediabaku.Az APA-ya istinadən bildirir ki, hadisə ötən gecə Qobustan şəhərinin Tofiq İsmayılov küçəsindəki 66 nömrəli mənzildə qeydə alınıb.


Rayon sakinləri - 2003-cü il təvəllüdlü Rəhimli Zərifə İlham qızı, 2007-ci il təvəllüdlü Rəhimli Elçin İlham oğlu, 2015-ci il təvəllüdlü Rəhimli Elnur İlham oğlu, 1982-ci il təvəllüdlü Rəhimova Rəna Əli qızı, 1954-cü il təvəllüdlü Rəhimova Qənifə Ağaşiraz qızı və 1944-cü il təvəllüdlü Əkbərova Zivər Ağaşiraz qızı kustar üsulla quraşdırılan qızdırıcının nasazlığı səbəbindən mənzilə dolan dəm qazından zəhərləniblər.


Ailə üzvləri Qobustan Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.


Faktla bağlı araşdırma aparılır.

Loading...
Loading...