Qubada yeni turizm məkanı: Dağ yəhudilərinin ənənəvi evi bərpa olunur FOTO
Ölkə
23.05.2022 16:20
375

Qubada yeni turizm məkanı: Dağ yəhudilərinin ənənəvi evi bərpa olunur FOTO

Qırmızı qəsəbədə yeni turizm məkanının təməlqoyma mərasimi olub. Belə ki, qəsəbədə “Yəhudilərin ənənəvi evinin bərpası” layihəsi start  götürüb.

MediaBaku.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Səfirliyinin paylaşımında deyilir:

“Bu gün səfir Litzenberqer, İsrail səfiri Corc Dik ilə birlikdə Qırmızı qəsəbədə yeni turizm məkanının  təməlqoyma  mərasimində iştirak etməkdən qürur duyur. USAID, İsrail səfirliyi və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bu layihə Quba rayonunun dəyərli icması olan Dağ yəhudilərinin məskənində mədəni turizmin artmasına səbəb olacaq. Biz Qırmızı qəsəbənin mədəni mühafizəsində iştirak etməkdən məmnunuq və bu mühüm icmanın tarixini öyrənmək üçün bu layihənin gələcək inkişafını səbirsizliklə gözləyirik”.

Loading...
Loading...