İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Pep Qvardiolanın COVID-19 testi pozitif çıxıb.
MediaBaku.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Qvardiola ilə yanaşı onun köməkçisi olan Xuanma Lillada koronavirusa yoluxub.
Qeyd edək ki, Qvardiola və Xuanma Lilla, sabah FA Kapın 3-cü turu çərçivəsində "Svindovn Tovn"a qarşı keçiriləcək oyunda komandaya rəhbərlik edə bilməyəcəklər. Onların əvəzinə digər bir köməkçi məşqçi Rodolf Borrel komandanın başında olacaq.
Xatırladaq ki, ümumilikdə "Mançester" təmsilçisinin düşərgəsində 21 nəfər koronavirusa yoluxub. Bunların 14-ü texniki personal, 7-si isə futbolçudur.
Sadiq İsmayılov