“Real Madrid”ə ağır itki
İdman
28.12.2020 00:10
461

“Real Madrid”ə ağır itki

“Real Madrid” klubu brazilyalı oyunçusu Rodriqonun sağ dizindən ciddi zədə aldığını açıqlayıb.


MediaBaku.az İspaniya KİV-lərinə istinadən xəbər verir ki, Klubun açıqlamasına görə, “Granada”nı 2:0 hesabla məğlub etdikləri La Liqa matçının 35-ci dəqiqəsində zədələnərək meydanı tərk etməli olan Rodriqonun, sağ “biceps femoris” əzələsində gərginlik aşkar edilib.


19 yaşlı Braziliya milli futbolçusunun dönüş tarixi ilə bağlı məlumat verilməyib. Lakin İspan mətbuatı bu cür zədənin 3 aya qədər müalicəyə ehtiyacı olduğunu xatırladıb.


Fəxriyə Qarayeva

Loading...
Loading...