Romanın ilk imperatoru Augustus üçün tikilən məqbərənin indiki halı görənləri heyran qoyur - FOTOLAR
Maraqlı
19.12.2020 21:29
112

Romanın ilk imperatoru Augustus üçün tikilən məqbərənin indiki halı görənləri heyran qoyur - FOTOLAR

2000 il əvvəl Romanın ilk imperatoru Augustus üçün tikilən məqbərə, 3 illik 12,25 milyon dollarlıq bərpa layihəsindən sonra mart ayında ziyarətçilərə açılacaq.


MediaBaku.az xəbər verir ki, dəyirmi məqbərə, Roma İmperiyası boyunca bir qala, auditoriya və şou mərkəzi kimi istifadə edilmiş və təhlükəli olduğundan 14 il əvvəl bağlanıb.


Roma İmperatorluğunun ilk imperatoru Augustus, özü və varisləri üçün İtaliyanın paytaxtı Romanın mərkəzində eramızdan əvvəl 28-ci ildə tikdirən silindrik məqbərə 3 il müddətinə 12.25 milyon dollar dəyərində bərpa edilib. 
Roma Bələdiyyə başçısı Virginia Raggi, məqbərənin 1 Mart tarixində ziyarətçilər üçün açıq olacağını açıqlayıb.


Raggi mətbuata “Bu tarixi bir an. Pandemiyanın qeyri-müəyyənliyinə baxmayaraq, belə bir abidənin yenidən açılması gələcəyə yaxşı niyyətlə baxdığımız üçün ümid əlamətidir", - deyə bildirib.


İlahə Zamanova



Loading...