Maqazin
06.01.2021 15:37
561

"Röya özünə qəsd etsə ..." - Nadir Röyadan yazdı (FOTO)

Müğənni Nadir Qafarzadə sosial media hesabında xalq artisti Röya haqqında status paylaşıb.


MediaBaku.az big.az-a istinadən verir ki, Nadir, Yeni il günü oynayaraq videosunu sosial media hesabında paylaşan və bu paylaşımından sonra çoxsaylı tənqidlərə məruz qalan xalq artisti haqqında bunları yazıb:


"Mənə elə gəlir ki, bir insanın üstünə bu qədər getmək olmaz. Heç kim süddən çıxmış ağ qaşıq deyil.Allahdan başqa , bütün bəndələrin səhvi də var, günahı da.O, insan danışsın ki, heç bir səhvi və günahı yoxdur.Röyanın o qədər gözəl işləri var ki...


Hər zaman ehtiyaclı insanların yanında olub.Belə baxanda mən Röya ilə heç yaxın münasibətdə deyiləm. Amma haqqında danışmaq lazımdır.Bu tənqidlərən və başlıqlardan dözə bilməyib, özünə qəsd etsə nə qazanacaqsız?


Bir övladı anasız qoyacaqsız.Əl çəkin insanlardan, rahat buraxın insanları.Başqasını qınamamaışdan öncə , düşünək görək biz kimik, bu xalqa bu dövlətə nə xeyrimiz dəyib?


Röya rahat ol, hər bir etdiyimiz əmələ görə Allaha cavab verəcəyik. Heç kimi alqışı ilə yaranmamaısan ki, kiminsə qarqışı ilə də məh olasan.Allah hər bir bəndəsinin mükafatını özü verir.Kim nəyə layiqdir onu verir!


Bunu heç yaltaqlıq kimi qəbul etməyin dostlar! Röyadan nə suyum, nə də çörəyim gəlmir.Sadəvə bir Azərbaycan qadınına və anasına rəhmim gəlir.


Röya olmasa, başqası olsa belə , etməyək bunu dostlar! Röya bilər, Allahı bilər!"


Loading...
Loading...