Roza Zərgərli: “Niyə sənət adamlarına əxlaqsız kimi baxırsınız?”  – VİDEO
Maqazin
29.12.2020 02:06
1306

Roza Zərgərli: “Niyə sənət adamlarına əxlaqsız kimi baxırsınız?” – VİDEO

Müğənni Roza Zərgərli qızı Bənövşənin adının Bakıda bir ay əvvəl intihar edən iş adamı Ramin Əliyevlə birgə hallanmasına münasibət bildirib.


MediaBaku.az xəbər verir ki, sənətçi sosial şəbəkədə açıqlama videosu yayıb. O, qızı haqqında səsləndirilən iddiaların yalan olduğunu bildirib:


“Mənim üzərimə çirkab tökmək istədilər, amma sənət dostlarım mənə dəstək oldular. Kişi sənət dostlarım zəng edib dedilər ki, sənin də, qızının qeyrətinə bələdik. Qadın sənətçilər isə ana kimi mənə dəstək oldular, sosial şəbəkədə paylaşımlar etdilər. Deyirlər ki, niyə ssusrsan? Bu xəbər sifarişli olduğu üçün fikir bildirmirdim, məsələni araşdırırdım. Mənim tək bioloji övladım Bənövşədir. Ondan başqa üç övlad övladlığa götürmüşəm, onlar da həyatıma rəng qatıblar. Bənövşəyə təşəkkür edirəm ki, belə masum, təmizdir.O belə düzgün tərbiyə olunmasaydı, yad övladları qəbul etməzdi. Bənövşə başqa uşaqları evinə, anasının həyatına qəbul etdi. Mənim qızım digər övladlarımı qəbul etdi. Belə ürəyə sahib qıza çirkab yaxmaq düzgündürmü? Mənim qızım üzünü, dodağını şişirtməyib, onun 2 -3 getdiyi yer var, hamısını bilirəm. Niyə sənət adamlarına əxlaqsız kimi baxırsınız? Onun heç nəyə ehtiyacı yoxdur. Hüquq-mühafizə orqanları bu məsələ ilə məşğuldur. Mən haqqımı tələb edəcəm. Hamı layiqli cavabını alacaq”. / Musavat.com

Loading...