Rüfət Axundov:
Maqazin
07.12.2020 10:41
254

Rüfət Axundov: "Özümü tanıyandan Heydər Əliyev və İlham Əliyevin vurğunu olmuşam" - MÜSAHİBƏ

"Ali Baş Kamandanımız var olsun. Onun güclü siyasəti nəticəsində, 30 ilə yaxın işğalda olan torpaqlarımız, 44 gün müddətində geri qaytarıldı".


Azərbaycanın sevilən müğənnisi Rüfət Axundov MediaBaku.Az-a müsahibə verib.


Sözügedən müsahibəni təqdim edirik.


- Rüfət bəy, istərdim ilk öncə Ordumuzunun əldə etdiyi  zəfərdən danışasınız.


- Maşallah olsun, biz hər birimiz bu günkü gün sevincə görə, Ordumuza və  Ali Baş Kamandanımıza borcluyuq. Allah şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə can sağlığı versin. Hamı kimi mən də sevinirəm. Təbii ki, heç vaxt vətəndən, torpaqdan pay olmaz. Biz bunu artıq həyatı başa düşəndən başa düşmüşük ki, ömürdən pay olar, amma vətəndən pay olmaz. 1990-cı il 20 yanvar hadisələrində,  pioner qalustukunu ilk cırıb atan mən olmuşam. 1991-1992-ci illərdə atam da hərbiyə yollanıb. Biz özümüz də, bacımla bərabər ailədə bilirik ki, ata yolunu gözləmək nə deməkdi. Bu travmanı mən də yaşamışam. Atam həm polkovnik-leytenant rütbəsinə kimi ucalıb, həm də yaralanıb. O da keçmiş qazilərdəndir. Mən özüm hərbçi oğluyam, hərbçi ailəsində böyümüşəm. Hər bir azərbaycanlı kimi qürur duyuram. 1990-cı il hadisələrdən sonra sonra mən İstanbulda olmuşdum. İnannın ki, birə beş bizə olan hörmət dəyişib. Hər kəs istəyir bizi öpsün, bağrına bassın. Sağolsun ki, Türkiyə də bizə bu qələbədə dəstək oldu. Türkiyə- Azərbaycan biz iki dövlət, bir millətik.


- Sizi vətənpərvər sənətçi kimi tanıyırıq. Azərbaycan Ordusunun Ali Baş Kamandanı İlham Əliyevin qətiyyətli addımlarından danışardınız.


- Ali Baş Kamandanımız var olsun. Onun güclü siyasəti nəticəsində, 30 ilə yaxın işğalda olan torpaqlarımız, 44 gün müddətində geri qaytarıldı. Mən ümumiyyətlə özümü tanıyandan bu iki nəhəng insanın, Ulu Öndərimiz Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyevin vurğunu olmuşam. Həmişə də vurğunu olacam. Səsvermələrdə də inanın ki, elə bir rayon qalmayıb ki, mən oralarda olmayım. Mən bu günə kimi  “İlhamla irəli” şüarı ilə yaşayıram. Mən həmişə deyirəm ki, dünyada bizim prezidentdən biliklisi, savadlısı yoxdur. Bayramdır, sevincdir. Amma bir şey var ki, 2783 şəhidimiz, 100 nəfərdən çox itkinimiz var. Vətənin başı sağ olsun. Şəhid ailələrinin qarşısında baş əyirəm. Şəhid analarının əllərindən öpürəm. Necə lazımdır onların qulluğunda durmağa hazırıq. Nə lazım olsa, biz də onların övladlarıyıq.


- Zəfərlə bağlı yeni vətənpərvər mahnıları səslədirməyi  düşünürsünüzmü?


- Bu yaxınlarda oxumuşam. Eldar Mansurova aid olan “Ey ana vətənim” musiqimizi bu yaxınlarda paylaşaram sizinlə. Öz fikirlərinizi bildirərsiniz.


- Yeni albomlar olacaqmı?


- Albom artıq ehtiyac olmur. Yalançı olaram. Çünki artıq internet dövrüdür. Kimin mahnısı çıxırsa, bilirsiniz ki, o artıq "YouTube"da yayımlanır. Yeni mahnılarımız çoxdur. Doğma vətənimiz olan Azərbaycan haqqında da mənim həmişə repertuarımda mahnılar yer alıb. Eyni zamanda Ulu Öndərimiz haqqında və Cənab Prezidentimiz haqqında mahnılar oxumuşam. Həmin mahnılar "YouTube"da yayımlanır.  


- 2021-ci illə bağlı hər hansı bir planınız varmı?


- Çoxları 2020-ci ilin uğursuz keçdiyini düşünür. Amma 2020-ci ildə biz öz sözümüzü dedik. Qələbə qazandıq, zəfər çaldıq. Mənim üçün bundan gözəl il yoxdur. 2021-ci ildə də canımız sağ, dövlətimiz var olsun, Ali Baş Kamandanımız var olsun. Xoş günlərimiz olsun. Hamımız gözləyirik ki, toylar açılsın. Koronovirusu İnşallah dəff edək. İnşallah yəqin ki, hər şey düzələr, yeni həyat başlayar.


- Rüfət bəy müsahibəyə görə təşəkkür edirəm.


- Mən də sizə təşəkkur edirem. Xoş oldu.


Ayişəgül Əhmədova

Loading...