Rus sevgilisi və azyaşlı qardaşını öldürən azərbaycanlı dəniz sahilində tapıldı  - FOTO
Hadisə
15.12.2020 09:28
208

Rus sevgilisi və azyaşlı qardaşını öldürən azərbaycanlı dəniz sahilində tapıldı - FOTO

Rusiyanın Qara dəniz sahillərində cəsəd tapılıb.

MediaBaku.az Publika.az-a istinadən xəbər verir ki, onun Rusiyanın Krasnodar bölgəsində 26 yaşlı sevgilisi Viktoriya Makarovanı xüsusi amansızlıqla qətlə yetirən 32 yaşlı azərbaycanlı Aqşin Hüseynov olduğu iddia edilir.

Məlumatı “Life Shot” teleqram kanalı yayıb.

Məlumat hələ ki, rəsmi təsdiqini tapmayıb.

Qeyd edək ki, cinayət hadisəsi 10 dekabrda baş vermişdi. A.Hüseynov xəyanətdə günahlandırdığı sevgilisini kamera qarşısında öldürmüş, sonra onun 9 yaşlı qardaşını qətlə yetirmişdi. Daha sonra dəniz sahilinə gedəcəyi barədə çəkdiyi videoda bildirmişdi.


Loading...
Loading...