Rusiya Dövlət başçısı Vladimir Putin, dövlət rəsmiləri ilə təşkil etdiyi iclasda bu sanksiyaların təkcə ölkəsinin deyil bütün dünya ölkələrinin də qlobal böhranla üz-üzə qalacağını bildirib.
MediaBaku.az xəbər verir ki, Rusiya Dövlət Başçısı Vladimir Putin, Avropada infilasiya faizinin ciddi şəkildə artığını bildirərək," Bəzi ölkələrdə infilasiya faizi % 20-ə çatıb.
Avropa ölkələrinin vətəndaşları da daxil olmaqla yoxsul ölkələrdə bu böhranla üz-üzə qalacaq bu da onlar üçün çox çətin olacaq və buda böyük bir fəlakətə səbəb olacaq" açıqlamasında vurğulayıb.
Putin "Rus vətəndaşlarının və şirkətlərin banklarda olan hesablarında pul vəsaitləri də azalmaq üzərədir.
Bunun iqtisadiyyatımız üçün böyük zərərə gətirib çıxardığını görür və bu nəticənin ən qısa zamanda aradan qaldırmağın vacib olduğunu bildirirəm,"- deyə o bildirib.
Aidə Dərvişova