Siyasət
09.04.2021 23:19
103

"Rusiya sülhməramlıları mandatlarının tələblərini aşırlar”

“Bu gün artıq heç kim üçün sirr deyil ki, İkinci Qarabağ müharibəsində dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qazandığı möhtəşəm hərbi-siyasi Qələbənin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr üçtərəfli Bəyanatından irəli gələn vəzifələrin icrasında tərəflərin hər birinin üzərinə böyük məsuliyyət düşür və onlar öz missiyalarını yerinə yetirmək üçün tələb olunan addımları atmalıdırlar. Sözügedən Bəyanatın imzalanmasından ötən 5 ayda daim gündəmdə olan məsələlər arasında “Rusiya sülhməramlıları özlərinin sülhyaratma missiyalarını düzgün yerinə yetirirlərmi”, “Bəzi aparıcı dövlətlər və bir sıra beynəlxalq təşkilatlar Ermənistanın ərköyünlüyünə niyə susurlar”, kimi suallar xüsusi yer tutur. Təəssüf ki, 44 günlük savaşda biabırçı məğlubiyyətə uğrayan işğalçı Ermənistan və regionumuzda sülhyaratma missiyasını öz üzərinə götürən Rusiya, eyni zamanda, dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar postmüharibə dövrünün reallıqlarına konkret mövqe sərgiləmirlər. Günümüzün reallığı budur ki, məğlub durumda olan Ermənistan hakimiyyəti havadarlarının dəstəyinə arxalanaraq yenə də beynəlxalq humanitar hüququn tələblərinə məhəl qoymur. Təcavüzkar dövlət nümayişkaranə şəkildə işğaldan azad edilmiş torpaqlardakı minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən imtina edir, aparıcı dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlar isə Ermənistanın, necə deyərlər, bu cığallığı fonunda susmaqda davam edirlər. Şübhəsiz, həmin aparıcı dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycan ərazilərini işğalda saxladığı 30 ilə yaxın müddətdə bu tipli susmaların regionu hansı faciələrə sürüklədiyini, yalnız Müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi zamanı qazandığı tarixi Zəfərin Cənubi Qafqaz məkanında yeni reallıqlar yaratdığını bilməmiş deyillər. Amma bütün bunları bildikləri halda yenə də Ermənistanın bu kimi destruktiv addımlarını durdurmaq üçün beynəlxalq hüququn onlara verdiyi imkanlardan istifadə etməyə tələsmirlər.”

Loading...