Rusiya xarici işlər nazirinin müavini Ermənistanın PKK üzvü olduğunu niyə dilinə gətirmir?
Siyasət
23.12.2020 17:26
123

Rusiya xarici işlər nazirinin müavini Ermənistanın PKK üzvü olduğunu niyə dilinə gətirmir?

"Dağlıq Qarabağda gedən döyüşlərdə Yaxın Şərqdən gələn silahlıların iştirak etməsi qeydə alınan bir faktdır”. Bunu Rusiya xarici işlər nazirinin müavini Oleq Sıromolotov bunu  RİA Novosti-yə müsahibəsində iddia edib.


Saxta.info rusiyalı diplomatın  bu iddiasının doğru olub-olmadığını yoxlayıb.


Qeyd edək ki,  “Qarabağda Azərbaycan tərəfindən vuruşan Yaxın Şərq muzdluları”  şüarını  2-ci Qarabağ  müharibəsi boyunca gündəmdən düşməyə  qoymadılar.  Amma gəlin fikrimizi siyasi məqamlarla yayındırmayaq.


Faktiki olaraq nələri nəzərdə tutururq?  Məsələ burasındadır ki,  Rusiya xarici işlər nazirinin müavini   guya Türkiyənin dəstəklədiyi radikal cihadçı kimi xarakterizə olunan Yaxın Şərq silahlılarının Dağlıq Qarabağdakı döyüş əməliyyatlarına qatıldığını iddia edir.

Bundan əvvəl, Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin də minlərlə terrorçunun Dağlıq Qarabağa gətirildiyini təkzibedilməz bir həqiqət kimi təqdim etmişdi. O iddia edirdi ki, bölgəyə Cəbhət ən-Nusra, Firkat Həmzə, Sultan Murad terror təşkilatlarının döyüşçüləri, həmçinin ekstremist kürd qrupları göndərilir. Sergey Narışkin muzdluların hansı tərəfdən döyüşdüyünü, onların haqqını hansı tərəfin ödədiyini açıqlamamışdı. Buna baxmayaraq, informasiya müstəvisində bu prosesin təşkilatçısı kimi Türkiyənin adının çəkilməsi dolayı yolla  məhz Azərbaycana qarşı ittiham  kimi qəbul edilir.

Son vaxtlar bir çox  informasiya mənbələri  Guardian, Times, Reuters, Wall Street Journal və BBC  suriyalı muzdluların Azərbaycan tərəfindən döyüşdüyünə dair xəbərlər yayıb.  Bununla bağlı təsvirlər praktiki olaraq  oxşardır.  Amerikanın işgüzar  nəşrlərindən birinin  Qarabağa həsr edtiyi reportajda adı açıqlanmayan iki mənbəyə istinad edilir və  hər iki mənbə  muzdluların sayı, əhval-ruhiyyələri və hissləri haqqında demək olar ki eyni məlumatı verirlər.

BBC suriyalı muzdluların mesaj vasitəsilə jurnalistlərə məlumat ötürdüyünü, Wall Street Journal isə adı açıqlanmayan iki suriyalı döyüşçüyə istinadən Türkiyə ilə müttəfiq olan  yüzlərlə “suriyalı döyüşçü”nün Qarabağda döyüşdüyünü, yüzlərlə döyüşçünün isə göndərilmək üçün hazırlandığını  iddia edir.


Azərbaycan tərəfi dəfələrlə bu cür xəbərləri rəsmi olaraq təkzib edib. Noyabrın 15-də Azərbaycan prezidenti İlham Əliyev bu iddiaların əsassızlığını, muzdluların Dağlıq Qarabağda Azərbaycan tərəfdən döyüşdüyünə dair dəlil olmadığını diqqətə çatdırdı.   

Rəqiblərindən fərqli olaraq, Azərbaycan Prezidenti güclü arqumentlər təqdim etdi. Qeyd etdi ki, Azərbaycan 100 min nəfərlik şəxsi heyəti olan orduya, əhəmiyyətli səfərbərlik ehtiyatına sahib olduğu üçün muzdlulara, dövlətçiliyi, sabitliyi və təhlükəsizliyi təhdid edən radikal cihadçılara ehtiyac duymur.

Azərbaycanın birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov da Əl-Ərəbiyyə telekanalına müsahibəsində Azərbaycanın suriyalı muzdlulardan istifadə edilməsi ilə bağlı yayılan xəbərləri yalan adlandırdı.   Elçin Əmirbəyov bidirib ki,  bu şayiələri yayanlar əslində diqqəti hədəfdən yayandırmaq niyəti güdürlər. Onun sözlərinə görə, əksinə  Ermənistan  PKK üzvü, həmçinin bir sıra Avropa ölkələrinin, ABŞ-ın və Yaxın Şərqin vətəndaşı olan erməni əsilli muzdluları döyüşlərə cəlb edir.  

Maraqlıdır ki, Qarabağda öldürüldüyü iddia edilən Suriyalı "muzdlular",  əvvəldən, ya da həmin vaxtda amma fərqli məkan və şəraitdə dünyasını dəyişən suriyalılar çıxırdı.Məsələn, Ermənistan Müdafiə Nazirliyinin rəsmiləri tərəfindən fotosu yayalan Serdar Temellinin əmisi Abdurrahman Temelli  qardaşı oğlunun Türkiyənin İraqda keçirdiyi "Pələng Pəncəsi" əməliyyatı zamanı öldürüldüyünü yazmışdı.  Üstəlik, onun İraqın cənubunda mina partlaması nəticəsində öldüyünə dair  mesaj 29 sentyabr 2020-ci il tarixdə yayımlanıb.

Bu cür iddiaların müəlliflərinin isə bir sevimli şüarı var, “suriyalı muzdlular Azərbaycan sərhəd qoşunlarının formasından istifadə edir”. Bu texnikadan xüsusən BBC-nin "Suriyalı muzdlular Dağlıq Qarabağda artilleriya  yemi kimi istifadə edilib” başlıqlı məqaləsində tez-tez istifadə edilib.

Məqalədə təqdim olunan fotodakı şəxslər isə Azərbaycan sərhədçisinin formasını geyinən “suriyalı muzdlular” kimi təqdim edilib. 

Digər fotoda həqiqətən Azərbaycan sərhədçiləri əksini tapıb. Hər iki şəkildəki formalar  sözsüz  bənzərdir. Ancaq Ermənistan Silahlı Qüvvələrinin hərbi personalının da belə formadan istifadə etdiyi məlumdur.

Xüsusilə bu fotoşəkildə Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın əsgərlərlə görüşündə iki nəfərin məhz bu formada olduğu əksini tapır.


Azərbaycan sərhədçisini formasından istifadə ilə bağlı hiylədən guya  Qarabağda ermənilərin əsir götürdüyü bir “suriyalı silahlı” haqda tarixçədə istifadə edilib.  

Noyabr ayının əvvəlində erməni mətbuatı "suriyalı döyüşçü"nün ələ keçməsi ilə bağlı kütləvi şəkildə xəbərlər yaydı. Təqdim olunan videoda əsir götürülən şəxsin Dağlıq Qarabağda Azərbaycan  tərəfindən vuruşduğu iddia olunurdu. Ona da Azərbaycan sərhədçisinin forması “geyindirilmişdi”.

Videoda dindirilmə səhnəsi təqdim olunur. Arıq, xəstə görünüşlü bir şəxs tərcüməçi vasitəsi ilə erməni dilində danışan ikinci şəxsin sualına ərəbcə cavab verir. Üstəlik, dindirilən şəxsin səsi, bilərəkdən “müstəntiqin” səsi ilə boğulur, yəni etnik mənsubiyyətini, ölkəsini və ya gəldiyi bölgəni onun tələffüzündən müəyyənləşdirmək  çətindir. Buna baxmayaraq, səsin linqvistik müayinəsi onun Suriyadan olan etnik bir kürd olduğuna inanmağa əsas verir, çünki videonun 47-ci saniyəsində zəif tonla kürd dilində söz dediyi məlum olur.

Dindirilmə prosesinin üçüncü ərəbdilli iştirakçısının əslən Suriyadan olan etnik bir erməni olduğu da həmçinin eşidilir. Bu vaxt müttəhimin özü Azərbaycan tərəfində müharibədə iştirak etmək üçün işə götürüldüyünü iddia edir. Onun şəxsiyyəti və bu “dindirmə”nin məzmununun ciddi şübhə doğurduğu aşkardır.

Bundan başqa həm linqivistik uyğunsuzluq, həm də “döyüşçü” kimi təqdim olunan şəxsin  görünüşü, Ermənistan tərəfinin Azərbaycanın  peşəkar bir döyüşçü  cəlb etdiyinə dair iddiasını dəstəkləmir.

Maraqlıdır ki, onların qeyd etdiyi aylıq 2000 dollar mükafat Suriya reallığında çox böyük məbləğdir ki, bu pula görə ən təcrübəli və fiziki hazırlıqlı suriyalı döyüşçü kimlə istəsən döyüşməyə asanlıqla razışalardı.

Sosial şəbəkədə bu cür məlumatlar çoxdur. Bir çox hallarda nüfuzlu media quruluşları tərəfindən “dəlil bazası” olaraq ya muzdlu olduğu iddia edilən şəxslərlə yazışmalar, sosial media paylaşımları, ya da İngiltərədəki Suriya İnsan Haqları Rəsədxanasının (SOHR) məlumatları götürülür. Təbii ki, belə bir vəziyyətdə  ortaya qərəzli izahla bağlı sual çıxır.

Beləliklə, bu qənaətə gəlirik ki, Rusiya xarici işlər nazirinin müavini Oleq Sıromolotovun iddiası həqiqəti əks etdirmir.

Loading...
Loading...