Sabah hava necə olacaq?
Ölkə
17.05.2022 13:26
143

Sabah hava necə olacaq?

Mayın 18-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən MediaBaku.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən  buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal küləyi günün ikinci yarısında mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 12-15° isti, gündüz 20-24° isti, Bakıdagecə 12-14° isti, gündüz 22-24° isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın əksər rayonlarda əsasən yağmursuz hava olacaq.

Lakin gündüz bəzi yerlərdə  şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 12-16° isti, gündüz 23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz 11-16° isti olacaq.

Loading...
Loading...