Sabahın hava proqnozu AÇIQLANDI
Ölkə
23.06.2022 13:06
253

Sabahın hava proqnozu AÇIQLANDI

İyunun 24-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya  Xidmətindən MediaBaku.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava  şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-23, gündüz 30-34, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq.

Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti  olacaq.


Loading...
Loading...