Sabiq
İdman
03.12.2020 11:23
145

Sabiq "Bakı"lı xanımı ilə "isti" şəkillərini göstərdi - FOTO

2010-13-cü illər aralığında "Bakı"nın uğurları üçün tər tökmüş İbrahim Karqbo sosial şəbəkə fəallığı seçilir.

Ötən il peşəkar karyerasını 37 yaşında başa vuran Syerra-Leone millisinin sabiq futbolçusu zaman-zaman ailə şəkillərini "feysbuk"da paylaşır.

Offsideplus.az xəbər verir ki, "Bakı"nın sabiq "6 nömrə"si dekabrın 1-də kiçik oğlu Kevinin ad gününü xanımı və digər övladları ilə birgə evində qeyd edib. İzləyiciləri üçün canlı yayın açaraq ad günüdən özəl görüntülər təqdim edən Karqbo, fotosessiya etdirməyə də fürsət tapıb. Öncə balaları ilə birgə, daha sonra xanımı ilə. 

Maraqlıdı ki, xanımı ilə fotokameranın yaddaşına köçürdüyü "isti", yəni özəl şəkilləri də "feysbuk"da göstərib. 


Loading...
Loading...