ŞAD XƏBƏR:
Cəmiyyət
23.12.2020 10:23
291

ŞAD XƏBƏR: "Döyüşlərə cəlb olunan əsgərlərimiz hər ay 360 manat vəsait alacaqlar"

Böyük məmnuniyyətlə, sentyabrın 27-dən səfərbərlik xətti və könüllü kimi hərbi xidmətə cəlb edilən qəhrəman əsgərlərimizə və onların ailələrinə şad xəbər vermək istəyirəm. 

Bunu Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Demokrat.az-a açıqlamasında bildirib.

Deputat daha sonra bunları deyib:

"Mənə də əsgərlərimiz tərəfindən çətinliklərlə bağlı ünvanlanan müraciətə Maliyyə Nazirliyi tərəfindən sevindirici məlumat gəldi. Səfərbərlik zamanı hərbi xidmətə çağrılmış əsgərlərimizin ailələrinin sosial təminatında yaranan problemləri aradan qaldırmaq üçün onların dövlət tərəfindən maddi dəstəyinə ehtiyacı var idi. Məsələni Maliyyə Nazirliyi qarşısında qaldırdıq. Nazirlik müraciətimizi hərtərəfli araşdırıldıqdan sonra onun həll olunmasını hökumət səviyyəsinə qaldırdı və cənab Prezident İlham Əliyevin tapşırığı əsasında problem öz həllini tapdı. 

Artıq sentyabrın 27-dən səfərbərlik və könüllülük xəttilə döyüşlərə cəlb olunan və hələ də hərbi xidmətini davam etdirən əsgərlərimiz xidmət müddətində hər ay 360 manat vəsait alacaqlar. Verilən məlumata görə ayrılacaq vəsait 50 milyon manatdan çoxdur. 

Əlbəttə, bu, çox yüksək münasibətdi və Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin əsgərlərimizə göstərdiyi diqqət və qayğının növbəti ifadəsidir. 

Əminəm ki, əsgərlərimiz bundan sonra da Ali Baş Komandanın tapşırıqlarını 44 günlük müharibədə olduğu kimi sədaqətlə yerinə yetirəcəklər. 

Şübhəsiz ki, Kütləvi İnformasiya Vasitələri və millət vəkilləri tərəfindən, dövlət tərəfindən əsgərlərimizə ayrılan vəsaitin birmənalı olaraq ünvanına çatdırılması prosesinə nəzarət ediləcək, vəsaitin çatdırılmasında  hər hansı xoşagəlməz hallara yol verilməsi dərhal ictimailəşdiriləcək və ölkənin hüquq mühafizə orqanları məlumatlandırılacaqlar".

Loading...
Loading...