Ermənilərə məxsus "Telegram" kanallarında iki Azərbaycan hərbçisinin əsir götürülərək, işgəncə verilməsini əks etdirən video yayımlanıb.
MediaBaku.Az Oxu24.com-a istinadən xəbər verir ki, hər iki hərbçi 10 noyabr bəyanatından sonra Şuşa şəhərinə çörək apararkən yolu azıb və terrorçuların əlinə keçib.
Videodakı digər hərbi qulluqçu isə Həmidov Nahid Yaşar oğludur.
O da 14 dekabrda vətənə geri qaytarılıb.