Səhərin üzücü xəbəri:  Bakıda dəhşətli hadisə: Ölən var
Hadisə
31.12.2020 08:38
530

Səhərin üzücü xəbəri: Bakıda dəhşətli hadisə: Ölən var

Bakı şəhərinin Yasamal rayonunda birmərtəbəli fərdi yaşayış evinin döşəməsi çöküb, nəticədə 1 nəfər dağıntılar altında qalaraq ölüb.

Fövqəladə Hallar Nazirliyindən MediaBaku.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə bu barədə məlumat daxil olub.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub. Həyata keçirilən qəza-xilasetmə tədbirləri nəticəsində dərinliyi təqribən 80 sm olan zirzəmiyə düşmüş 1958-ci il təvəllüdlü Hacıyev Elçin Hacı oğlunun meyiti dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Loading...
Loading...