Şəhid ailələrinin mənəvi qızı:  -
Ölkə
12.10.2021 09:45
559

Şəhid ailələrinin mənəvi qızı: - "Şəhid analarımın yanındayam" (FOTOLAR)

"Ən böyük arzum gözəl bir iş qurub şəhid xanımlarını bir araya yığmaqdır. Çünki onlar bizlərə şəhid qardaşlarımın əmanətidirlər".


Bunu MediaBaku.az-a müsahibəsində təşkilatçı Aysel Xanbabayeva deyib. 


- Təşkilatçılıq sizin üçün hobbidir, yoxsa əsas iş?


- Təşkilatçılıq işini çox sevirəm və gördüyüm işi həvəslə edirəm


- Nə vaxtdan bu işə başlamağa qərar verdiniz?


- Uşaqlıq arzum olub. 2009-cu il kollecə qəbul olandan başlamışam. 2014-cü ildə fasilə etdim. 2018-ci ildən indiyə qədər bu işlə məşğulam.


- Tez-tez Şəhid ailələrinə baş çəkib onların gül balalarına mənəvi dəstək göstərnəyə çalışırsız. Gələcəkdə necə - bununla bağlı planlarınız nədən ibarətdir?


- Ən böyük arzum gözəl bir iş qurub şəhid xanımlarını bir araya yığmaqdır. Çünki onlar bizlərə şəhid qardaşlarımın əmanətidirlər.


- Şəhid ailələri üçün tədbir təşkil etmisinizmi?


- Əlbetdə. Onların üzləri gülməsi ücün çox tədbirlər təşkil etmişəm. Ən çox şəhidlərimizin adına ehsanlar verib ailələrini bir araya yığmışam.


- Əsasən kimlər iştirak edib?


- Din xadimləri, millət vəkilləri və ən əsası da şəhid anaları və şəhid xanımları iştirak edib.


- Dəvət etdiyiniz şəxslərdən dəvəti imtina edənlər olub?


Bəli, bir çox qurumlardan gəlməyiblər. Düşünürəm ki, yəqin vacib işləri olduğu üçün gələ bilməyiblər.


- Əlavə olaraq hansı sahədəsə çalışırsız?


- Xeyr, tələbəyəm


- Bəs bu qədər işi təkbaşına necə çatdırırsınız?


- Şükür edirəm ki, Allahım bu gücü mənə verib. Mən həm tələbəyəm, həm 2 qız anası, həm də təşklatçı. Şəhid analarımın, bacı qardaşlarımın yanındayam. 
Şəhid analarım mənə ad qoyub (Şəhid ailələrinin mənəvi qızı). Bununla da fəxr edir, qürur duyuram.


Loading...
Loading...