Şəhid anası: “Deyirdi, gələcəm tezliklə, sənə gəlin lazımdır”  - VİDEO
Cəmiyyət
23.12.2020 11:09
147

Şəhid anası: “Deyirdi, gələcəm tezliklə, sənə gəlin lazımdır” - VİDEO

"Deyirdi ana narahat olma, hər şey yaxşı olacaq. Biz qabağa gedirik. Gələcəm tezliklə, sənə artıq gəlin lazımdır".


MediaBaku.az oxu.az-a istinadən bildirir ki, Nicat Vətən müharibəsi başlayanda deyir ki, torpaqların azad olunmasında onun da payı olmalıdır: "Ana-bala deyildik biz onunla, dost idik. Hər sözümüzü deyirdik bir birimizə. Dedi ana, mənim yolumu kəsmə, xeyir-dua ver gedim. Mən də verdim. Mən hələ inanmıram. Elə bilirəm işdədi, gələcək. Məni aldadıb apardılar ki, yaralıdı. Gülə-gülə gedirdim uşağımı axtarmağa. Sonradan başa düşdüm ki, uşağım ölüb".


Nicat Abdullayev Cəbrayılın azad olunmasında igidliyi ilə fərqlənib. Zəngilan rayonu uğrunda gedən döyüşlərdə isə ən uca zirvəni - şəhidlik zirvəsini fəth edib.

Şəhid
Müharibə
Qarabağ
Loading...
Loading...