Şəhid Elşən Musayevin oğlu Hüseynin 5 yaşı tamam olub - FOTO
Cəmiyyət
21.01.2021 17:08
968

Şəhid Elşən Musayevin oğlu Hüseynin 5 yaşı tamam olub - FOTO

Bu gün 44 günlük müharibədə qəhramancasına şəhidlik zirvəsinə ucalmış şəhid Elşən Musayevin oğlu Hüseynin 5 yaşı tamam olur.


5 yaşlı Hüseynin ad günündə məhşur sənətçilər Tərlan Novxanı, Tale Kərimli, Qazimiz Məmməd Əkbərov, Nərmin Salmanova, təşkilatçı-jurnalist Aysel Xanbabayeva və müxbir Əkbər Nəcəfov iştirak edib.


Balaca Hüseyn atasının Zəngilan uğrunda şəhid olduğunu, onun üçün çox darıxdığını və böyüyəndə general olmaq arzunda olduğunu söyləyib.


Xatırladaq ki, oktyabrın 7-də Elşən Musayev 40 nəfərdən ibarət dəstəsi ilə Füzulinin Qorqan ərazisində mühasirəyə düşüb. Bir neçə gün mühasirədə qalan Elşən Musayev Zəngilanın azadlığı uğrunda şəhid olub. 23 gün meyiti neytral ərazidə qaldıqdan sonra, ailəsinə təhvil verilib.


Şəhid
Loading...
Loading...