Şəhidimizin körpəsinə Şuşa adı veriləcək
Ölkə
17.01.2021 19:49
408

Şəhidimizin körpəsinə Şuşa adı veriləcək

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan Vətən müharibəsində iştirak edərək şəhid olan qəhrəmanlarımızdan də biri baş leytenant Ağayev Elçin Zakir oğludur.

MediaBaku.az report-a istinadən xəbər verir ki, Ağayev Elçin Zakir oğlu 1993-cü ildə Cəlilabad rayonunun Günəşli kəndində anadan olub.

O, 2010-cı ildə orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2015-ci ildə təhsilini bitirərək peşəkar hərbçi kimi xidmətə başlayıb. Öz xahişi ilə xidməti vəzifəsini cəbhə bölgəsində davam etdirib və 4 il bölük komandiri işləyib.

Loading...