Şəhidin dəfnində Kılıçdaroğluna yumruq atan Osman peşman olub
Dünya
30.11.2020 16:52
156

Şəhidin dəfnində Kılıçdaroğluna yumruq atan Osman peşman olub

Türkiyədə şəhid Yener Kırıkçının dəfn mərasimində Türkiyə Büyük Millət Məclisinin deputatı, Ana Müxalifət Partiyasının sədri Kamal Kılıçdaroğluna fiziki təzyiq göstərən şəxs əməlindən peşman olduğunu bildirib.

MediaBaku.az xəbər verir ki, təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Osman Sarıgün peşman olaraq üzr istədiyini bildirib.

"Necə olduğunu unutmuşam. Baş verənlərə görə peşmanam. Kılıçdaroğludan da üzr istəmişəm", - deyə təqsirləndirilən şəxs peşmançılığını ifadə edərək özünü müdafiə etməyə çalışıb.

İttihamçı təhqir və sağlamlğa qəsdən zərər vurma maddəsi ilə Osmana 3 il 10 ay həbs cəzası istəyib.

Xavər Bayramova

Loading...