Səidə Ömər:
Cəmiyyət
12.10.2021 14:40
739

Səidə Ömər: "Türkiyə televiziya ekranlarına Qələbə proqramı ilə çıxdığım üçün çox xoşbəxtəm"

Azərbaycanın 44 gün davam edən Vətən müharibəsindən sonra qazanılan Zəfərlə bağlı Qələbə proqramı ilə Türkiyə televiziya ekranlarına çıxdığım üçün çox xoşbəxtəm.


MediaBaku.az xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Türkiyənin “Bengü Türk” telekanalında yayımlanan “Azərbaycan rüzgarı” proqramının müəllifi və aparıcısı, həmyerlimiz jurnalist Səidə Ömər bildirib.


Qəhrəmanlıq və şanlı tarixi ənənələrə malik Azərbaycan xalqının əsrlər boyu öz azadlığı, müstəqilliyi və dövlətçiliyi uğrunda mübarizə apardığını vurğulayan S.Ömər deyib: “2020-ci il sentyabrın 27-də başlayan və noyabrın 10-da Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi azərbaycanlı olaraq hər birimiz üçün tarixi əhəmiyyətə malikdir. Müasir Azərbaycan tarixinin və dövlətçiliyinin ən şanlı səhifəsi olan bu Zəfər azərbaycanlıların namərd düşmənlə əsrlər boyu davam edən mübarizəsinin məntiqi nəticəsidir. Xalqla dövlətin birləşməsinin ən böyük nümayişi, bütün dünya üçün bir nümunəyə çevrilən Azərbaycanın Vətən müharibəsi, eyni zamanda, tarix boyu ermənilər tərəfindən soyqırımına məruz qalan xalqımızın düşmənə ən gözəl cavabı oldu”.


Bu il mayın 8-də Şuşaya səfər etdiyini bildirən həmvətənimiz qeyd edib: “Oranın təbiətini, sıldırım qayalarını görərkən azərbaycanlı olduğum üçün bir daha fəxr etdim. İgid, yenilməz, şanlı Ordumuzun qəhrəman övladlarının o qayalara dırmaşaraq düşmənlə mübarizəsi gözümün önündə canlandı.Qafqazın incisi Şuşamızda Azərbaycan və Türkiyə bayraqlarının birlikdə dalğalanmasını görmək isə ayrıca fəxarət hissi yaşatdı. Bir azərbaycanlı olaraq bu hissləri bizə yaşadan başda Ali Baş Komandanımız İlham Əliyev olmaqla, rəşadətli Ordumuzun igid əsgərlərinə və daim yanımızda olan qardaş Türkiyə xalqına və dövlətinə minnətdaram. Bu yolda canında keçən şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə tezliklə şəfa tapmalarını arzulayıram”.

Loading...
Loading...