Siyasət
18.06.2021 13:14
50

"Sən əbədi bir günəşsən Azərbaycan"

1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi.Lakin,müstəqilliyin ilk illəri siyasi hakimiyyətdə olan boşluqlar, bu boşluqlardan istifadə edən Ermənistanın təcavüzkar niyyətləri Rəspublikada vəziyyəti daha da gərginləşdirmişdi.


Hakimiyyətə olan AXC-Musavat cütlüyünün yarıtmaz, xəyanətkar fəaliyyəti müstəqilliyini yeni qazanmış ölkəni aşkar surətdə məhvə aparır, yox olmaq təhlükəsi ilə üz-üzə qoyurdu. Başı hakimiyyət davasına qarışan, xalqını, dövlətini düşünməyən, heç bir idarəetmə səriştəsi olmayan bu xain hakimiyyətin sayəsində qısa müddətdə ərazi bütövlüyümüz təhlükə altına düşdü, bir-birinin ardınca dilbər guşələrimiz qorxaq, xəyanətkar qonşularımızın işğalına məruz qalırdı. Vətənin bu ağır dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, həmçinin  SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışmış, 1991-1993 cü illərdə Naxçıvan Milli Məclisinin sədri kimi fəaliyyət göstərən, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdı. 1993-cu il 15 iyun tarixinə Azərbaycan tarixinə qurtuluş günü kimi daxil oldu.Heydər Əliyev böyük yekdilliklə Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçildi. Bu tarixin milli qurtuluş günü tariximizə şəksiz daxil olması xalqımızın Ulu Öndər Heydər Əliyevin Azerbaycan rəhbərliyinə yenidən qayıdışına verdiyi düzgün, ədalətli, obyektiv qiyməti əks etdirir.Ulu Öndərin tarixi qayıdışı zamanla sübut olundu ki, özündə çox mühüm amillləri cəmləşdirir. Beləki, xalqın Heydər Əliyevə olan sarsılmaz inamı, Ulu Öndər şəxsiyyətinin böyüklüyü,əzəməti, onun mənsub olduğu Azərbaycan xalqına,vətəninə sonsuz və təmənnasız sevgisi ölkəmizi məhv olmaqdan xilas etdi. Bəli bugünkü Azərbaycan müstəqilliyinə, suverenliyinə görə Ümummilli liderə borcludur. Qüdrətli Azərbaycan Ulu Öndərin şah əsəridir.


Azərbaycanın müstəqilliyi durduqca Heydər Əliyev inadı daima yaşayacaqdır. Ulu Öndərin sözləri də xalqımız və dövlətimiz qarşısındaki xidmətləri qədər unudulmazdır:


“Azərbaycanın dövlət müstəqilliyi əbədidir,sarsılmazdır,dönməzdir”, "Gün gələcək Azərbaycan dünyaya günəş kimi doğacaq"

 

Aygün Dadaşova

Neftçala rayon sakini

Loading...