Ölkə
08.01.2021 16:01
416

"Sərt karantin rejimi ləğv edilməlidir” – Tanınmış həkimdən vacib AÇIQLAMA

Ölkə üzrə koronavirusa yoluxma statistikası əhəmiyyətli dərəcədə azalıb. Belə olan halda sərt karantin rejimi ləğv edilə bilərmi? Ümumiyyətlə, yoluxma statistikasındakı müsbət dinamika karantin rejiminin yumşalması üçün yetərlidirmi?


Məsələ ilə bağlı Sfera.az-a danışan Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev sərt karantin rejiminin ləğv edilməsinin mümkünlüyünü bildirib:


"Artıq yoluxma göstəriciləri bizə deməyə əsas verir ki, sərt katrantin rejimi yumşalsın. Son günlərin statistikasında azalma tendensiyası müşahidə olunur. Xəstəxanalarda da kifayət qədər boş yerlər var.


Artıq insanlarda sərt karantin rejimi psixologi gərginlik yaradıb, ailədaxili problemlər müşahidə edirik. Bundan əlavə iş yerlərinin bağlı olması maddi çətinliklər yaradıb. Açıq havada maska rejimi bir çox insanlarda tənəffüslə bağlı problemlərə gətirib çıxarıb. Bu səbəbdən sərt karantinin rejiminin ləğvi mütləqdir".

Loading...