Sevda toyuna hazırlaşır:  “Hər şeyi özüm edirəm”
Maqazin
18.06.2021 12:38
56

Sevda toyuna hazırlaşır: “Hər şeyi özüm edirəm”

Müğənni Sevda Yahyayeva şəxsi həyatından danışıb.

Lent.az-ın məlumatına görə, özünə toy etməyə hazırlaşan ifaçı “Həmin Zaur” verilişində bildirib ki, evində köməkçisi yoxdur: “Bütün ev işlərini özüm görürəm. Evdə iki adamıq, yeməyi yeyirik, qabı yuyuram”.

Qeyd edək ki, Sevda Zakir adlı həkimlə ötən il nikah bağlayıb. Cütlük pandemiyaya görə toyu bir neçə dəfə təxirə salıb. İfaçı bildirib ki, toy üçün iki gəlinlik hazırlayıb.

Loading...