Simpsonlardan daha DAHA BİR ŞOK:  Kamala Harrisin andiçmə mərasimindəki geyimini 20 il öncə bildilər
Maraqlı
21.01.2021 21:27
904

Simpsonlardan daha DAHA BİR ŞOK: Kamala Harrisin andiçmə mərasimindəki geyimini 20 il öncə bildilər

ABŞ-da nəşr olunan və dünyadakı bəzi inkişafları proqnozlaşdırmaqla məşhurlaşan “The Simpsons” cizgi filmi serialının ABŞ prezidenti Co Baydenin vəkili Kamala Harrisin andiçmə mərasimində geyindiyi paltarları da bildiyi iddia edilir.


“Matt Groening”in uzun müddətdir davam edən “The Simpsons” cizgi komediya serialının pərəstişkəsisinizsə, gələcəyini proqnozlaşdırmaq kimi gülməli bir vərdişə sahib olduğunu bilirsiniz.

 
“Super Bowl” qalibindən, Trampın on illər əvvəlki prezidentliyindən bəhs edənə qədər “The Simpsons” gələcək hadisələri proqnozlaşdırmaq üçün qeyri-adi bir bacarığa sahibdir.


İNANILMAZ BƏNZƏRLİK


MediaBaku.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden və vitse-prezident Kamala Harrisin andiçmə mərasimini izləyən “Twitter” istifadəçiləri Harrisin mərasim zamanı geyindiyi paltarla “Lisa Simpson”un “Bart to the Future”   filmində geyindiyi geyim ilə oxşarlığı dərhal hiss ediblər.


LİSA SİIMPSON ABŞ PREZİDENTİ  OLARAQ TƏSVİR OLUNUB


Amerikalı cizgi televiziya “sitcom Simpsons”un on birinci sezonunun on yeddinci bölümü olan “Bart to the Future” 19 Mart 2000-ci ildə ABŞ-da Fox şəbəkəsində yayımlanan “Lisa Simpson” Amerika Birləşmiş Ştatlarının Başçısı kimi təsvir edilib. Bu bölümdə “Lisa” boynuna ağ inci bir boyunbağı və bənövşəyi bir paltar geyinir.

 
HARRİS DƏ BƏNZƏR KOMBİN GEYİNDİ


Kamala Harris vitse-prezident kimi and içərkən bənövşəyi rəngli gödəkçə və “Lisa” ilə çox oxşar paltar geyinmişdi.Görünüşünü tamamlamaq üçün sadə bir inci boyunbağı da taxdı.


Fidan Abbaslı

“Matt Groening
The Simpsons
ABŞ
Co Bayden
Kamala Harris
Super Bowl
Tramp
Loading...