Şirvan Gənclər Evinin direktoru:
Siyasət
22.04.2021 13:22
289

Şirvan Gənclər Evinin direktoru: "Artıq tam əmin ola bilərik ki, biz bu müharibədə erməni faşizmini məhv etmişik"

Biz bu müharibədə təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, həm də erməni faşizmini məhv etmişik.


20 aprel 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Hacıqabul rayonuna səfər edib. Səfər çərçivəsində bir sıra mühüm obyektlərin açılışını edən cənab Prezident  Azərbaycan Televiziyasına müsahibə verib. Jurnalistlərin suallarını cavabandıran və bir çox mühüm nüanslara toxunan Prezident İlham Əliyev xüsusilə qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlərdən, dövlətin həyata keçirdiyi layihələrdən, təsdiq olunmuş dövlət proqramlarının icra vəziyyətindən danışıb. Müsahibə zamanı regionların sosial-iqtisadi inkişafı dövlət proqramına toxunaraq, proqram çərçivəsində Hacıqabul rayonunda görülən işləri yüksək qiymətləndirib. Rayonda tikilən və ya əsaslı təmir olunan xəstəxana, mədəniyyət və təhsil ocaqları, o cümlədən digər sosial obyektlər rayonun inkişafını səciyyələndirir. Təbii ki, bu da onu göstərir ki, dövlətimizin bütün təşəbbüslərinin mərkəzində duran əsas amil insan və onun sosial rifahıdır. Azərbaycanda sənaye və kənd təsərrüfatı sahəsində aparılan islahatlar inkişaf edir, bu da yeni iş yerlərinin yaradılmasına imkan yaradır.


2020-ci il ölkəmiz üçün xüsusi bir il olmuşdur. Çünki 30 ilə yaxın müddətdə düşmən tapdağında olan torpaqlarımız azad olundu. 2021-ci il quruculuq, inkişaf ilidir. İşğaldan azad olunmuş ərazilərin bərpası üçün ilk növbədə ərazilərin minalardan təmizlənməsi lazımdır ki, hal hazırda ərazilərin minalardan təmizlənməsi üçün bütün imkanlar səfərbər olunub. Baxmayaraq ki, Ermənistan yenə öz mənfur xislətini göstərdi, minalanmış ərazilərin xəritələrini təqdim etmədi,  yenə də fəaliyyət davam edir. Bir sıra dövlətlərin dəstəyi və Müdafiə Nazirliyində yaradılmış minaaxtaran taborların  hesabına bütün ərazilər minalardan təmizlənəcək. Doğma Qarabağımızda lazımi infrastruktur yaradılacaq və cənab Prezidentin dediyi kimi: Biz Qarabağı cənnətə çevirəcəyik. Bu ərazilərdə yol infrastrukturunun yaradılması əsas prioritetlərdəndir. Hal hazırda tikintisi davam edən Füzuli-Şuşa yolu, Zəfər yolu, magistral yollarla bərabər, yaxın zamanlarda Horadiz-Zəngilan avtomobil yolunun təməli qoyulacaq. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Bərdə-Ağdam, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yollarının tikintisi artıq başlamışdır və bununla paralel olaraq Bərdə-Ağdam və Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da yaradılmaqdadır.  Bərpa işləri mərhələli və planlı şəkildə icra olunacaqdır. 


Artıq tam əmin ola bilərik ki, biz bu müharibədə təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, həm də erməni faşizmini məhv etmişik. Tarix çox müharibələr görüb. Amma heç vaxt bu qədər vandallıq, vəhşilik  görülməyib. Ermənilər işğal etdikləri bütün ərazilərdə tarixi abidə, yaşayış binası, sosial obyekt, məscid və.s tikililəri məhv edib. Bu beynəlxalq cinayətdir və Ermənistan dövləti və xalqı törətdiyi cinayətlərə görə məsuliyyət daşımalıdır. 30 il ərzində ölkəmizə vurulan ziyan hesablanandan sonra ermənilər  beynəlxalq qurumlar qarşısında cavab verməli, təzminatları ödənməlidir. Bu bizim milli marağımızdır və  bunun təmin edilməsi üçün lazımi addımlar atılmalıdır. Dövlətimiz bu istiqmətdə  öz prinsipial mövqeyini bundan sonra da nümayiş etdirməli və biz xalq olaraq daim dövlətimizi dəstəkləməliyik. 


Əfqan Həsənov,

Şirvan Gənclər Evinin direktoru

Loading...