Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rumıniyada 67 yanacaqdoldurma məntəqəsi və 3 yanacaq deposu var.
MediaBaku.az-ın məlumatına görə, bunu Azərbaycan və Rumıniya Hökumətlərarası Komissiyanın iclasında SOCAR-ın vitse-prezidenti Kənan Nəcəfov deyib.
O bildirib ki, hazırda SOCAR-ın Rumıniyada 729 işçisi var.
“Biz Rumıniya şirkətləri ilə əməkdaşlıqda çox maraqlıyıq.
Hazırda Rumıniyaya qaz təchizatı variantlarını nəzərdən keçiririk”, - deyə o bildirib.