ŞOK!  Ermənilər burada görün nə gizlədirlər:  Bizə TƏLƏ QURURLAR - VİDEO
Siyasət
10.05.2021 09:05
108

ŞOK! Ermənilər burada görün nə gizlədirlər: Bizə TƏLƏ QURURLAR - VİDEO

Bir dövlət nə qədər qorxaq ola ki, uşaqları üçün tikdirdiyi məktəbdə silahlarını gizlədə bilsin? 44 günlük qarabağ savaşı müddətində şahid olduğumuz və sonradan üzə çıxan bəzi məqamlar təəccüb doğurmağa davam edir. Bu gün Bir bax kanalında ermənilərin daha bir qorxaq hərəkətini sizə təqdim edəcəyik.

Siz bir bax kanalındasınız. Diqqətiniz bizdə olsun!

Şəhər parkında raket sistemləri, mədəniyyət evində, məktəbdə hərbi sursat anbarı, uşaq bağçasında hərbçilərlə müşavirə… Ermənilərin mülki obyektlərdən hərbi məqsədlərlə istifadə etməsinə 44 günlük qarabağ savaşı zamanı erməni kişilərin necə cılız olduqlarını göstərdi. Bu məlumat Saxta.info-nun araşdırması zamanı üzə çıxıb. Məlum olub ki, ermənilər Xocavəndin Qırmızı Bazar qəsəbəsindəki (1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Ermənilər qəsəbəyə elə Qırmızı Bazar anlamı verən Кармир Шука adı qoyublar) orta məktəbin ərazisindən məhz hərbi məqsədlər üçün istifadə ediblər.

Bunu Azərbaycan ordusunun erməni hərbi birləşmələrinə endirdiyi növbəti zərbə ilə bağlı yayılan videoda da aydın görmək mümkündür. Videoda erməni hərbçilərin hərbi maşınlarla məktəb ərazisinə sursat gətirdikləri aydın şəkildə görünür. Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Ermənistan hərbi birləşmələri həmin binadan qərargah kimi istifadə edirmiş. Ərazidəki tikilinin məktəb binası olduğunu google maps vasitəsilə də izləmək mümkündür.

Bundan başqa məktəb binasının yaxınlığında uşaq bağçasının yerləşdiyi də işarələnib. Hətta bəzi erməni mənbələrində bu ərazidə Qırmızı Bazar icmasının hesabına iki yaşayış binasının tikintisinə start verildiyinə dair xəbərlər də var. Xəritədə həmin binaların özülləri də görünür. 2017-ci ildə start verilən tikinti işləri köhnə məktəbin yerində aparılırmış. Görünür ərazidə yeni məktəb binası tikildiyindən köhnəsinin yerində yaşayış binasının inşası qərara alınıb.

Ermənilərin mülki obyektlərdən hərbi məqsədlər üçün istifadə etməsi ilk hal deyil. separatçıların rəhbəri Araik Arutyunyanın uşaq bağçasında hərbçilərlə müşavirə təşkil etdiyi xəbərləri yəqin ki yadınızdadır. Bunu feysbukda onun şəxsi səhifəsində paylaşılan şəkillərdən də görmək mümkündür. Bundan əvvəl isə ermənilərin belə üsullara əl atdığını Xankəndindən və Şuşadan reportaj hazırlayan məşhur “delfi.ru” saytının litvalı fotomüxbiri Vidmantas Balkunas ifşa edib.

Jurnalist sözügedən saytda dərc edilən məqaləsində mülki əhalinin yerləşdirildiyi sığınacaqdan erməni hərbçilərin də istifadə etdiyinə diqqət çəkib. Daha sonra jurnalist ermənilərin şəhər parkında raket sistemləri yerləşdirdiyini, Mədəniyyət Evində hərbi sursat saxladığını, ermənilərin məskunlaşdığı qəsəbənin yaxınlığında isə “S 300” raket sistemi quraşdırdıqlarını qeyd edib. Bunun məqsədli şəkildə icra edilməsinə işarə vuran jurnalist qeyd edir ki, belə olan halda mülki insanların və obyektlərin zərər görəcəyi qaçılmazdır.

Bu faktlar bir daha sübut edir ki, ermənilər özləri mülki obyektlərdən, xüsusilə də məktəb, uşaq bağçası kimi məkanlardan bilərəkdən hərbi məqsədlər üçün istifadə edir. Məqsəd sonradan Azərbaycan tərəfini mülki obyektləri vurmaqda ittiham etmək üçün baza hazırlamaqdır.

https://saxta.info/az/news/view/153/ermeniler-bilerekden-orta-mekteb-erazisine-herbi-sursat-yigib

Loading...