ŞOK:  Koronavirusun müalicəsində istifadə edilən bu dərman 750 manata satılır
Cəmiyyət
05.12.2020 01:33
151

ŞOK: Koronavirusun müalicəsində istifadə edilən bu dərman 750 manata satılır

Düzəliş edilmiş büdcədə COVİD-19 pandemiyası ilə əlaqədar olaraq əlavə tələb olunan 1371,5 milyon manat zəruri xərclərin 369,0 milyon manatı səhiyyə sahəsi üzrə xərclənir. Bu xərclər barədə məlumat verilmir, hətta rəsmi olaraq ünvanladığımız sorğular belə cavabsız buraxılıb.

MediaBaku.az Konkret.az-a istinadən xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu deyib.

Q.İbadoğlu bildirib ki, bunun üçün mənbə də var: Dərman çatışmazlığından qara bazarda dərman satışlarından məlumatlar gəlir. Belə məlumatlar nə ikinci, nə üçüncü deyil, elə birinci şəxslərdən alıram. Favipiravir adlı 8 həblik dərmanı 750 manata satırlar. Virusu aşkar etmək üçün testləri dövlət vəsaitinə əldə edilsə də, onların istifadəsi şəffaf deyildir. “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na yığılan 114 milyon 214,5 min manat vəsaitdən ya isifadə edilmir, ya da istifadə edilirsə hara, necə və nə qədər xərclənməsi açıqlanmır…”

Loading...