ŞOK!  Məzardan səs gəldi - uşaq sağ qalmışdı  - VİDEO
Maraqlı
20.12.2020 20:54
265

ŞOK! Məzardan səs gəldi - uşaq sağ qalmışdı - VİDEO

“Dünya bir pəncərədir, hər gələn baxar gedər...” Gərək bu pəncərədə də bir xoş əməlin, bir xeyirxahlığınla xatırlanasan. Sizə bu cür ibrətlik hekayələr haqqında danışacağam. 
Bir gün Türkiyənin ATV kanalında yayımlanan Nihat Hatipoğluyla “İftara doğru” verilişinə bir video göndərilir. Videonu göndərən qəbirqazan işləyir. Həmin şəxs videoyla bağlı danışarkən çox heyrətamiz olaylardan bəhs edir.


Deyir: “Uzun illərdi ki, qəbirqazan işləyirəm. Bir gün də qəbiristanlıqdakı məzarların arasıyla gəzərkən olduqca iri ilan gördüm. Elə bil, ilan qəbirə girmək istəyib, amma, sonra dar dəlikdə sıxılıb ölüb. Başladım dəliyin ətrafını qazmağa ki, ilanı çəkim çıxarım. İlanı çıxarandan sonra dəlikdən qəbirdəki qadının kəfənini gördüm. Başdaşına baxdım, 5 ilə yaxındı ki, ölmüşdü. Məni maraq bürüdü; bəs, necə olub ki, qəbirdəki taxtalar çürüməyib, qadının kəfəni bəmbəyaz qalıb? Başladım bu qadın haqqında məlumat toplamağa. Öyrəndim ki, qadın yaxınlıqdakı kənddə yaşayıb. Həmişə dəstəmazlı olmağa çalışıb. Ağzını daim xeyir duasıyla açıb. Ərinin üzünə bir dəfə də ağ olmayıb, bacardığı qədər kasıba, yetimə əl tutub. Xeyir əməlləriylə sağlığında rəhmət qazanıb. Eşitdiklərimdən o qədər heyrətə düşdüm ki, oturub o məzarın başında ağladım".  


Bu hekayəti eşitdikdən sonra, yəqin ki, hamınız bir anlığa fikrə getdiniz. İnsan gərək bu dünyadakı həyatını elə yaşaya ki,  o dünyasındakı mərhəməti qazana... Bu ibrətamiz olay hər bir insanı öz əməlləri, davranışları haqqında uzun-uzun düşünməyə  vadar edir... 

***
Qəbir həyatından bəsh edərkən sizə bir əhvalat da danışmaq istəyirəm. Osmanlı sultanı I Ahmetin zamanında Meyitzadə adlı məhşur bir islam filosofu olub. Hamı onun irfanına, elminə, ədəbinə heyrət edib. 

Ona Meyitzadə-yəni, “Ölümün oğlu” deyilməsinin səbəbi olduqca ibrətamiz hekayətdir... 

Meyitzadənin atası igid bir əsgər idi. 1596-cı ildə Sultan III Mehmetin rəhbərliyi ilə Eğri səfərinə getmək üçün çağırılır. Həmin ərəfədə xanımı hamiləydi və doğum vaxtı yaxınlaşırdı. Əsgər heybəsini toplayıb xanımıyla sağollaşır, dan üzü eşiyə çıxır, üzünü sübhün şəfəqinə tutub əllərini göyə açır, duasına başlayır: “ İlahi, sənin yolunda qəzaya gedirəm. Səndən başqa da kimsəm yoxdu. İlahi, əzabkeş xanımımdan doğulacaq körpəmi sənə əmanət edirəm. Onu lütfün və kəramətinlə hifz eylə...Amin!” Bundan sonra igid  atına sıçrayıb döyüşə yollanır. 
Allahın inayətiylə Eğri səfərində Osmanlı ordusu qələbə çalır. Əsgər ordu başçısından izn alıb atını dördnala çapır və gəlib evinə yetişir. Amma, evdə onu qarşılayan kimsə yoxdu. Əsgər yaman narahat olur. Axı ordunun zəfər xəbərini çaparlar çoxdan əhaliyə yayıblar. Necə olub ki, xanımı evdə onu gözləməyib? Təlaşla qonşuların qapısını döyür. Qonşuları onu qarşılarında görüncə deyirlər: “İgid, Allah qəzanı mübarək etsin və ömrünə bərəkət versin”.

Əsgər bu sözlərin nə anlama gəldiyini yaxşı bilirdi. Odur ki, ürəyindən bir göynərti qalxır və gözlərindən yaşlar süzülür. Lakin, o, Allaha asi çıxmır, əksinə, rəbbinə olan inamından yapışaraq deyir: “Mən doğulacaq körpəmi mühafizəkarların ən qüdrətlisinə əmanət etmişdim. Əminəm ki, onun qüdrəti qarşısında hər şey, hər kəs, hətta ölüm də acizdir. Mənə xanımımın məzarını göstərin”. Qonşular onu da yanlarına salıb məzarlığa yollanırlar. 

Əsgər xanımının məzarına çatanda yerə uzanır, başını torpağa söykəyib dinləməyə başlayır. Birdən yerindən dik atılıb bağırır: “Mən uşağımın səsini eşidirəm, mənə bel, kürək verin!” Əvvəlcə qonşuları elə bilir ki, onun qulağı səsə düşüb. Sonra onlar da körpə səsi eşidib əsgərlə birlikdə məzarı qazmağa başlayırlar. 

Məzar açılanda hamı gördüyündən heyrətə düşür. Ölü anadan doğulan nur parçası kimi bir uşaq ananın döşünü əmirdi... Bunu görəndə hamı bir nəfər kimi səcdəyə durur, dualar oxuyurlar. Gənc ata oğlunu qucağına alır, Allaha şükür oxuya-oxuya köynəyini çıxarıb oğlunu bükür. Sonra da “fatihə” surəsini oxuyub xanımının məzarının üstünü yenidən torpaqlayır. 


Həmin uşaq islamı çox dərindən öyrənir, fəzilətli bir irfan əhli kimi şöhrət qazanır. Amma, ona verilən addan -Meyitzadə adından da heç vaxt şikayət etmir. Əksinə, bu adı onu lütfüylə hifz edən Allahına olan şükrü kimi qəbul edir./oxu24.com

Loading...