Son 2 həftədə meyiti gələn erməni hərbçilərin SAYI AÇIQLANDI  - DƏHŞƏTLİ RƏQƏMLƏR
Siyasət
29.12.2020 09:24
360

Son 2 həftədə meyiti gələn erməni hərbçilərin SAYI AÇIQLANDI - DƏHŞƏTLİ RƏQƏMLƏR

Son iki həftədə Qarabağda Ermənistanın 1111 hərbi qulluqçunun meyiti tapılıb.


MediaBaku.az Azsabah.com-a istinadən xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.


Məlumata görə, erməni əsgərlərinin meyitlərinin axtarışları hələ başa çatmayıb və hazırda üç qrup müharibədə öldürülmüş erməni hərbçilərin meyitlərini axtarır.


Xatırladaq ki, dekabrın 25-də Ermənistan mətbuatı noyabrın 13-dən Qarabağ müharibəsində həlak olmuş 1 059 erməni əsgərinin meyitinin aşkarlandığını xəbər verib. Qeyd edilirdi ki, itkin düşmüş daha 537 erməni hərbçinin axtarışı aparılır.


Ermənistanın Müdafiə Nazirliyi Qarabağ müharibəsindəki itkilərinin sayını gizlədir. Nazirlik döyüşlərdə həlak olan erməni hərbçilərinin sayını bu günə kimi açıqlamayıb.

Loading...