SON DƏQİQƏ: ABŞ qırıcıları Rusiyaya yaxınlaşdı
Dünya
08.12.2020 10:23
141

SON DƏQİQƏ: ABŞ qırıcıları Rusiyaya yaxınlaşdı

Rusiyanın Su-30 qırıcı təyyarəsi Fransa və ABŞ-a aid casus təyyarələrini Qara dəniz üzərində əngəlləyib.

Redaktor.az bildirir ki, bu barədə Rusiya Milli Müdafiə İdarəetmə Mərkəzi (NDCC) məlumat yayıb.

Qeyd olunub ki, ölkə sərhədinə yaxınlaşan casus təyyarələri təsbit olunub. Su-30 qırıcı təyyarəsi havaya qaldırılıb və casus təyyarələrinə əngəl yaradıb.

Rusiya sərhədinə yaxınlaşan digər təyyarələrə də eyni tədbir görüləcəyi qeyd olunub.

Loading...