SON DƏQİQƏ!  Ağkənd Azərbaycanın nəzarətinə keçdi  - VİDEO
Siyasət
18.12.2020 21:41
197

SON DƏQİQƏ! Ağkənd Azərbaycanın nəzarətinə keçdi - VİDEO

İşğaldan sonra Qafana birləşdirilən Zəngilanın Ağkənd kəndi Azərbaycanın nəzarətinə keçib.


Buta.ws “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Sputnik Armeniya”da yazılıb:


“Əvvəllər Azərbaycan SSR-in tərkibində olmuş Ağkənd (Spitakaşen) kəndi birbaşa sərhədin o tərəfində qalıb. Hazırda ekskavator ərazidə sərhəd xətti çəkir”.

Ümumilikdə kənddə 3-4 ailə yaşayıb. Onlar isə sərhədlərin demarkasiyası və delimitasiyası prosesində Azərbaycanın nəzarəti altına keçən Ağkəndi tərk etməyə başlayıblar.

Qeyd edək ki, ermənilər Qafan şəhərinin 2 kilometrliyində yerləşən kəndi tərk edərkən evləri yandırırlar.

Xatırladaq ki, Ağkənd Sovet dövründə Zəngilan bölgəsinin bir hissəsi olub.

Loading...