SON DƏQİQƏ!  Azərbaycan və İran arasında mühüm görüş:  Araz çayı üzərində...
Siyasət
17.12.2020 19:57
354

SON DƏQİQƏ! Azərbaycan və İran arasında mühüm görüş: Araz çayı üzərində...

“Ordubad” və “Marazad” Su Elektrik Stansiyalarının tikintisi və istismarı haqqında” Sazişlə tərəflərə həvalə edilmiş tapşırıqların, habelə “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişin müvafiq maddələrində nəzərdə tutulmuş tədbirlərin müzakirəsi məqsədilə müvafiq Texniki Komissiyaların növbəti görüşü dekabrın 14-16-da Naxçıvan Muxtar Respublikasında keçirilib.

Energetika Nazirliyindən  verilən məlumata görə, iclasların əsas müzakirə mövzuları “Xudafərin” bəndində İran İslam Respublikası tərəfindən görülmüş işlər, su altında qalan Azərbaycan ərazilərinə dəyən ziyanın dəqiqləşdirilməsi və digər məsələlər olub.

Eyni zamanda “Marazad” SES-in tikilməsi ilə əlaqədar əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Görüşlərin davam etdirilməsi planlaşdırılır.

Loading...