Son dəqiqə!  Azərbaycan xalqına ağır itki baş verdi: Görkəmli şəxsi itirdik
Mədəniyyət
21.12.2020 09:19
454

Son dəqiqə! Azərbaycan xalqına ağır itki baş verdi: Görkəmli şəxsi itirdik

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının və Əzim Əzimzadə adına Rəssamlıq Kollecinin müəllimi, tanınmış rəssam Vaqif Ucatay vəfat edib.

V.Ucatay ötən gün 65 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Vaqif Ucatay 22 iyun 1955-ci ildə Şabran (o zamankı Dəvəçi -red) rayonunun Təkyə kəndində anadan olub. 

​O, 1993-cü ildən vəfat edənə qədər Əzim Əzimzadə adına Rəssamlıq Kollecində və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub. Vaqif Ucatay əsərlərində milli ənənələri yaşadan rəssam olub. 2009-cu ildə azərbaycanlıların ermənilər tərəfindən soyqırımına həsr edilmiş 33 rəsmdən ibarət fərdi sərgisi keçirilib. Allah rəhmət eləsin!

Loading...