SON DƏQİQƏ!  Azərbaycanda redaktor qətlə yetirildi  - FOTO
Hadisə
21.01.2021 22:09
679

SON DƏQİQƏ! Azərbaycanda redaktor qətlə yetirildi - FOTO

Şəmkir rayonunda qətl hadisəsi baş verib.


BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Qədim Qala kəndində törədilib.


Kənd sakini, 1985-ci il təvəllüdlü Əliyev Bəxtiyar Adil oğlu odlu silahla qətlə yetirilib.


​Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub. Məlumata görə, Bəxtiyar Əliyevi yaxın qohumu Vasif Aslanov (dayısı oğlu) qətlə yetirib.


Qeyd edək ki, mərhum bölgədə fəaliyyət göstərən qəzetlərdən birinin redaktoru olub.


Loading...